Yuxarı

Sabirabad məmurlarının qovğasına nazirlər müdaxilə etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Sabirabad Maliyyə şöbəsi ilə Təhsil şöbəsi müdiri arasında yaranan konflikt mediada əksini tapdıqdan sonra hər iki şöbənin tabe olduğu nazirliklərin müdaxiləsi nəticəsində bu gün Sabirabad təhsil işçilərinin əməkhaqqları köçürülüb".

Bu barədə "Axar.az"a Sabirabad müəllimlərindən biri məlumat verdi. Təhsil işçisinin sözlərinə görə, dünən "Axar.az"ın problem ictimailəşdirməsi ilə ("Sabirabadda məmurların pul savaşının təfərrüatları") hadisənin təfərrüatlarından xəbər tutan Maliyyə və Təhsil nazirlikləri tərəfindən məsələyə müdaxilə edilib. Bundan sonra rayon Maliyyə şöbəsinin müdiri Hüseynağa Gülüşov və Təhsil şöbəsinin müdiri Elman Bünyadova xəbərdarlıq edilib və dərhal təhsil işçilərinin əməkhaqqlarının hesablarına keçirilməsi barədə göstəriş verilib.

Sabirabad rayon Təhsil şəbəsinin müdiri Elman Bünyadov "Axar.az"a müəllimlərin əməkhaqqının artıq hesablarına köçürüldüyünü təsdiqlədi.

Xatırladaq ki, Sabirabad müəllimləri Maliyyə şöbəsinin müdiri Hüseynağa Gülüşovla Təhsil şöbəsinin müdiri Elman Bünyadovun arasında yaranan fikir ayrılığına görə noyabr ayı üçün nəzərdə tutalan əməkhaqqını ala bilmədiklərini söyləmişdilər. Təhsil şöbəsinin müdiri E.bünyadov da faktı təsdiqləmişdi.

Tarix
2013.12.05 / 11:06
Müəllif
İlqar Vəliyev
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edir

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla