Yuxarı

Cessi Cey stress içində

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cessi Cey etiraf edir ki, cəmiyyətin onun "Canlı"(Alive) albomuna olan reaksiyası "Sən kimsən"(Who you are) adlı debüt albomundan fərqlənir. Buna baxmayaraq, ifaçı yaradıcılığının son üç ilində baş verən parlaq anlarına görə çox xoşbəxt olduğunu bildirir.

"Bu mənim gecəmdir" (It’s My Party) hitinin ifaçısı saytlardan birinə verdiyi müsahibəsinə belə bildirir: "Mən həmişə deyirdim ki, mənim ilk albomum mənim kimliyimi təsdiq etdi, ikincisi isə sadəcə bunu xatırlatdı. İndi özümü bir az stresli hiss edirəm. Mənim debüt albomum birinci həftədə 100 minlərlə tirajla satılıb. Və mən "Bunu necə bacardım?"- deyə fikirləşdim. Daha sonra başa düşdüm ki, yaradıcılığımda olan anlar həmişə eyni olmayacaq".

Qeyd edək ki, onun "Canlı" mahnısı Böyük Britaniya hit-paradlarında ikinci yerdə qərar tutub.

25 yaşlı müğənni həmçinin etiraf edir ki, özünün ilk böyük arenada baş tutacaq konsertinin təşkil edilməsi üçün özü aktiv fəaliyyət göstərib: "Mən həmçinin tur üçün nəzərdə tutulan libaslara görə xüsusi işləyirdim. Konsert ərzində cəmi 5 libas dəyişəcəm. Bir konsert üçün bu qədər libas məndə heç vaxt olmamışdı",- deyə Cessi bildirib.

Qeyd edək ki, Cessi Ceyin "Canlı" albomuna dəstək üçün ilk Avropa turunun konserti 15 oktyabrda Belfastın "Odissey Arena"sında baş tutub. Cessi "Sən kimsən" (Who You Are) adlı debüt albomundan bir neçə mahnı, həmçinin yeni albomundan olan musiqilərindən də ifa edib. Az sonra müğənni boynuna alır ki, "Canlı" albomundan yalnız üç mahnını ifa etmək ürəyincə olub. Bunlar "Nəfəs "(Breathe), "Arzulamaq"(Daydreaming) və "Cazibədar qadın"dır (Sexy Lady).

Tarix
2013.10.18 / 18:00
Müəllif
Ülkər Cəfərova
Şərhlər
Digər xəbərlər

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla