Ana səhifə Sağlıq |
Roçester Universitetinin alimləri təyin edib ki, yuxuda olan zaman onurğa beyin mayesi dövranı kəskin artır. Beləliklə, yuxu beyinin zərərli metabolitlərdən təmizlənməsini təmin edir.
Araşdırma "Science" jurnalında dərc olunub.
Araşdırmanın aparılması üçün müəlliflər təcrübə siçanlarına mikroskop altında yatmağı öyrədiblər. Heyvanların beyninə floresan boyaq maddə yeridə bilmək üçün kateter implant ediblər. Yuxuya getdikdən sonra yaşıl oyandıqdan sonra isə qırmızı boyaq maddə yeridiblər.
Alimlər müşahidə ediblər ki, yuxu zamanı boyaq maddənin hərəkəti hüceyrələr arası zolaqların kəskin artmasından dolayı 60% daha da sürətlənib. Eləcə də beyinə əlavə edilən β-amiloidlər yuxu zamanı daha sürətlə təmizlənib.
Metabolitlərin dövranında beynin hüceyrələrarası boşluğunun iştirakı neyrobioloq Mayken Nederqardın rəhbərliyi altında olan qrup tərəfindən cəmi bir il əvvəl göstərilmişdi. Onların araşdırmalarından əvvəl beyinin bu problemi necə həll etdiyi heç kimə məlum deyildi.
Tarix
2013.10.19 / 17:45
|
Müəllif
Nərminə Allahverdiyeva
|