Yuxarı

Zahid Oruc səfirliklərin inauqurasiyaya çağırılmaması səbəbini dedi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Andiçmə mərasimi hansı məkanda keçirilməsi və tədbirə kimlərin dəvət edilməsi Prezidentin seçimidir. Buna anlaşıqlı bir formada aydınlıq gətirilib ki, dövlət tədbirlərinin və törənlərinin sadə və təvazökar qaydada keçirilməsi ölkə başçısının istəklərini xarakterizə edir".

Bu sözləri "Axar.az"a açıqlamasında prezidentliyə namizəd olmuş millət vəkili Zahid Oruc Prezidentin andiçmə mərasimində iştirakı ilə bağlı fikirlərini açıqlayarkən dedi.

O bildirdi ki, bır sıra mətbu orqanlarda xarici qonaqların və səfirliklərin dəvət olunmaması məqsədli şəkildə şişirdilib, əslində isə bu, dövlət başçısının təmtəraqdan uzaq və təvazökar addımı kimi qiymətləndirilməlidir:

"Ölkə başçısı təvazökarlığı həmişə təbliğ edir və hər kəsdən sadəlik istəyir, özü də hərəkətləri ilə də buna nümunə olur. Xarici qonaqların iştirakı ilə dəbdəbəli saraylarda keçirilən andiçmə mərasimi təvazökarlıqdan uzaqdır".

Zahid Oruc onu da dedi ki, önəmli olan Prezident İlham Əliyevin sədaqət andı içməsidir:

"Burada xüsusi və bütün ölkələr üçün dəyişməz olan qayda yoxdur. Hər bir ölkənin özünün istədiyi cür andiçmə mərasimi təşkil etmək özgürlüyü var. Önəmli deyil ki, inauqurasiya mərasimi təmtəraqlı keçsin. Əsas olan odur ki, prezidetimiz xalqımıza sədaqət andı içdi və növbəti 5 ildə Azərbaycanımız üçün əlindən gələni edəcəyinə söz verdi".

Tarix
2013.10.19 / 18:07
Müəllif
Tural Qurbanlı
Şərhlər
Digər xəbərlər

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla