Yuxarı

“Məhkumlar” “Toy gecəsi”ndə

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 30-u "Qafqaz Point" otelində "Toy gecəsi" serialının təqdimatı keçirilib. "Toy gecəsi" "Oscar Production" tərəfindən istehsal edilib və ATV ekranlarında yayımlanacaq. Tədbirdə serialın yaradıcı heyəti, aktyorlar və mətbuat nümayəndələri iştirak edib.

Qeyd olunub ki, seriallar üçün təqdimatların keçirilməsi belə, bu sahədəki inkişafdan xəbər verir.

"Oscar Production"ın rəhbəri və serialın rejissoru Yaşar Əhmədov bildirib ki, onun əvvəlki "Məhkumlar" serialı irəliyə doğru atılmış bir addım idi: "Bu iş Azərbaycanda yenidir. Serial kollektiv işidir və hər kəs buna dəstək olmalıdır". Qüsurların olduğunu boynuna alan rejissor bunların zamanla düzələcəyini də bildirib.

Daha sonra söz alan ATV serial departamentinin rəhbəri Vado Karovin qüsurlar məsələsində Yaşar Əhmədova qatılmadığını deuib: "Biz "Məhkumlar" serialından məmnun olduğumuz üçün yeni seriala başladıq. ATV rəhbərliyinin yeni qərarı var. Həftənin beş günündə beş serial təqdim olunacaq. Bu şou-biznesdən ayrı bir işdir. Bu yaradıcılıqdır".

Serialın baş rol ifaçısı Namiq Qaraçuxurlu isə peşəkər aktyorlara ona kömək etdikləri üçün təşəkkür edib. Mediadan isə Namiq Qaraçuxurlu ilə deyil, yaratdığı Murad Qəhrəmanovla maraqlanmalarını istəyib.

Sonda ssenarist Samir Sədaqətoğlu bildirib ki, obrazları həyatdan götürüb. Bəzi insanlar özünü tanıya biləcək.

"Toy gecəsi" serialı "Siz heç aşiq olmusunuzmu?" şüarı ilə tamaşaçılara təqdim olundu. Xatırladaq ki, serial oktyabrın ikisindən etibarən hər çərşənbə günü ATV ekranlarında olacaq.

Tarix
2013.10.11 / 19:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdamda Şahbulaq qalasında...

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla