Yuxarı

Yeni il səyahəti harada daha ucuz başa gəlir? - Araşdırma

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

250 manatlıq biletlər Yeni il qabağı 500 manata qalxıb.

Yeni ilin gəlişi turizm şirkətlərinin işinə təsir edib. Bayramda istirahət günlərini dəyərləndirmək istəyən insanlar tətillərini xaricdə keçirmək istəyirlər, bu da turizm şirkətlərində canlanmaya səbəb olub.

Əlaqə saxladığımız bir çox turizm şirkətlərinin menecerləri qiymətlərin ötən illə müqayisədə bahalaşdığını bildirdilər. Eyni zamanda keçən ilə nisbətən bayramda xaricə getmək istəyənlərin sayının azaldığı da vurğulandı.

Avia-biletlərin qiymətlərinə gəlincə, iki dəfə bahalaşma olduğunu deyən Turizm şirkətləri, məsələn, digər vaxtlarda 250 manat olan biletlərin indi 500-550 manata qədər yüksəldiyi bildirildi.

Hansı ölkədə yeni il səyahəti daha ucuz başa gəlir?

"Turan Turizm" şirkətinin baş meneceri Qafqaz Bilalovun sözlərinə görə, son bir həftə ərzində qiymətlər daha da qalxıb. Buna səbəb isə yeni il qabağı bütün yerlərin tutulmasıdır. Menecer ən çox Türkiyə, Dubay, Ukrayna, Avropa ölkələrinə gedişin reallaşdığını bildirdi.

Ən bahalı istirahətin qiyməti

Ukraynaya getmək, 1 həftəlik yeni il tətili keçirmək üçün 1000 manat, Avropaya 1500 manat, Dubaya isə ən ucuz həftəlik istirahət 500-600 manata başa gəlir.

"Royal Travel Azərbaycan"turizm şirkətindən suallarımızı cavablandıran Mərdan Əskərovun sözlərinə görə, bazarda canlanma yüksək deyil: "Hazırda ən ucuz biletin qiyməti 500 manatdır. Hansı ki, onları digər vaxtlarda 200-250 manata əldə etmək mümkün idi. Ölkə daxili turizmdə isə Şahdağa üz tutanlar daha çoxdur. Bəzi ailələr yeni il istirahətlərini Şahdağda keçirmək üçün şirkətimizə müraciət edir".

"Axar.az"ın apardığı araşdırma zamanı bəlli oldu ki, 7 günlük yeni il tətilini yaddaqalan etmək üçün ən azından 2000 manatınızdan keçməyi gözə almalısınız.

Tarix
2013.12.21 / 21:35
Müəllif
Fatimə İbrahimova
Şərhlər
Digər xəbərlər

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla