Yuxarı

Bakıda 82 dönərxananın fəaliyyəti dayandırılıb

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il Bakı şəhəri və ətraf ərazilərdə sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən 82 dönər müəssisəsinin fəaliyyəti dayandırılıb.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev açıqlamasında deyib ki, cari il ərzində 89 dönər sahibkarı cərimə olunub, 5 iş araşdırılması üçün hüquq-mühafizə orqanlarına göndərilib. Dönərxanalarda təbii qazdan istifadənin dayandırıldığın deyən şöbə müdiri əlavə edib ki, 18 dönərxanada toyuq dönərinin hazırlanması tamamilə ləğv edilib.

İ. Abdullayev qeyd edib ki, fəaliyyəti dayandırılan dönərxanaların əksəriyyəti toyuq dönəri satılanlardır: "Dönərxanaların fəaliyyətinə nəzarət etmək üçün müəyyən məqamlar olmalı, qanunvericilik aktları təkmilləşməlidir. Bəlkə də bu gün dönərxanalara fəaliyyəti üçün nəzərdə tutulan cərimələr aşağı olduğuna görə rahat fəaliyyət göstərə bilirlər. Bundan əlavə, mərkəz tərəfindən hər hansı bir müəssisənin fəaliyyətinə qadağa qoyulubsa, bu qərar müvafiq icra hakimiyyəti tərəfindən də qüvvəyə minməlidir ki, onlar müəyyən müddətdən sonra yenidən fəaliyyət göstərər bilməsinlər". (APA)

Tarix
2013.12.23 / 12:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla