Yuxarı

Oğru pəncərənin arasında can verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbul Bağcılarda, Fevzi Çakmak məhəlləsində iş yerini soymağa çalışan oğru pəncərənin arasında qalaraq can verib.

"Axar.az"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, binanın zirzəmi qatında yerləşən paltar atelyesindən gələn "imdad" səsləri eşidən vətəndaşlar hadisə yerinə gedib. İş yerinə pəncərədən girməyə çalışan şəxsin bədəninin yarısının içəridə, yarısının bayırda qaldığını görən vətəndaşlar polis çağırıb.

Hadisə yerinə gələn polislər şübhəlini qaldığı yerdən çıxarmağı bacara bilmədiyi üçün xilasetmə dəstəsi çağırıb. Xilasetmə dəstəsi şübhəlini ilişdiyi yerdən çıxarmağa müvəffəq olub. Ancaq qabırğaları qırılan və ağır yaralanan şəxsin həyatını xilas etmək mümkün olmayıb.

Şübhəlinin üzərindən kimlik vəsiqəsi çıxmadığı üçün şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.

Tarix
2013.12.23 / 21:20
Müəllif
Emil Bağırov
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla