Yuxarı

Səlim Müslümov tələbə yoldaşına vəzifə verir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəlilabadda "Sobes" uğrunda savaş gedir

Cəlilabad rayonunda yaşayan oxucularımızdan redaksiyamıza daxil olan məktubda bildirilir ki, Səlim Müslümov Əmək və Əhalinin Sosial Mudafiəsi Nazirliyinin Cəlilabad Rayon Mərkəzinin direktoru Mirsüleyman Mirxaslını (Mirxaslı eyni zamanda YAP-ın Cəlilabad Rayon Təşkilatının sədridir) işdən azad edib.

Mirxaslının işdən azad edilməsindən sonra boş qalmış vəzifə uğrunda rayonda müxtəlif sahələrdə çalışan 10-a yaxın məmur mübarizə aparır.

Onların sırasında rayonun təhsil, səhiyyə, rabitə sahəsində çalışan məmurlarla yanaşı, İcra Hakimiyyətində çalışan bir məmur da var.

İdarə isə artıq 3 həftəyə yaxındır direktorsuz qalıb və demək olar ki, "dondurulmuş" vəziyyətdədir.

Oxucu daha sonra qeyd edir: "Rayonda yayılan son söz-söhbətlərə görə, artıq idarəyə direktor tapılıb. Bu, Beynəlxalq Bankın Cəlilabad rayon şöbəsinin sədri Natiq Abbasovdur. Natiq Abbasovun arxasında nazirlikdə çalışan yaxın qohumu durur. Şayiəyə görə, o, həm də yeni nazir Səlim Müslümovun tələbə yoldaşıdır".

Sonda oxucu sual edir: "Nə üçün bankda 1500-1600 manat maaş alan şəxs 500-600 manat maaş verilən idarədə çalışmaq arzusundadır?"

Məktubda yazılanlara aydınlıq gətirmək üçün Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi ilə əlaqə saxlamaq istəyimiz növbəti dəfə alınmadı.

Məlumat üçün bildirək ki, Füzuli Ələkbərov vəzifədən gedəndən və Səlim Müslümov nazir kürsüsünə əyləşəndən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və mətbuat xidməti şöbələri faktiki olaraq medianın suallarından yayınmaqla məşğuldurlar.

Tarix
2013.12.24 / 16:42
Müəllif
Emil Bağırov
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla