Yuxarı

İcra başçısı müavininin layihəsində skandal

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə "24 kadr" adlı film festivalı keçirilib. Layihənin rəhbəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva olub.

Layihəni Cəmil Hüseynova təhvil verdim

Festivalla bağlı "Axar.az"a bir neçə iştirakçı şikayət edərək narazılığını bildirib. Əsas narazılıqlardan biri "ən yaxşılara" pul mükafatı vəd olunsa da, verilməməsi idi. Biz də bu şikayətlərlə bağlı Aygün xanımla əlaqə saxladıq. Aygün xanım bildirdi ki, o, layihəni qazansa da, həyata keçirməyib:

"Mən o layihəni fevral ayında udmuşam, daha sonra mənə bir dövlət işi tapşırıldı və layihəni Cəmil Hüseynova təhvil verdim. Layihə ilə bağlı nə sualınız varsa, ona ünvanlayın. Çünki mənim orda heç bir şeydən xəbərim yoxdur. Mən layihənin heç bir işi ilə maraqlanmamışam və məşğul ola bilməmişəm".

Sonra büdcə imkan vermədiyinə görə...

Cəmil Hüseynovla əlaqə saxladıq. Cəmil Hüseynov bildirdi ki, layihə lap əvvəl, hələ hazırlanan vaxtda bu məbləğ nəzərdə tutulmuşdu:

"Layihə hələ işlənən vaxtda belə bir məbləğ nəzərdə tutulmuşdu, amma daha sonra büdcə imkan vermədiyinə görə ləğv olundu. Əsasnamədə də göstərmişik ki, təkcə 1-ci, 2-ci, 3-cü yerlərə mükafat veriləcək. Mən layihə rəhbəri deyiləm, sadəcə olaraq, köməkçiyəm. Aygün xanımla danışdım, deyir ki, mən özüm ümumiyyətlə mətbuata açıqlama verməmişəm".

Cəmil bəy təqdim olunan filmlərin hamısına baxılmadığı barədəki narazılığa da aydınlıq gətirdi: "Festivala 34 film iştirakçı kimi təqdim olunub. Birinci mərhələdə kinoşünas Tünzalə Babayeva filmlərə baxış keçirib. Filmlərdən 15-i baxışdan keçib və jürinin ixtiyarına verilib. Təqdimatın əvvəlində təqdim olunan çarxda istifadə olunan kadrlar da o 15 filmdən idi".

Belə ümumiləşdirmə olmaz

Festivalın jürilərindən biri olan yazar, ssenarist İlqar Fəhmiylə əlaqə saxladıq. İlqar Fəhmi təqdimatda iştirak edə bilməməsinə aydınlıq gətirdi:

"Uşaqlar əziyyət çəkib ortaya yaxşı işlər qoymuşdular. Mən, sadəcə, vaxt qıtlığından təqdimatda iştirak edə bilmədim. Heç bir narazılığım yoxdu, sadəcə, sistemi düz qurmamışdılar. Təşkilatçıların özlərinə də dedim. Ümumiyyətlə, 1-ci, 2-ci yer düzgün deyil, ən yaxşı ssenariyə görə, ən yaxşı aktyorluq işinə görə 1-ci, 2-ci, 3-cü yer təşkil etmək olardı. Elə filmlər vardı ki, ssenari maraqlı idi, aktyor-rejissor işi yox, ya da əksinə, aktyor-rejissor işi güclüydü, lakin ssenari çox zəif. Təşkilati işlərdə bir az təcrübə lazımdı, belə ümumiləşdirmə olmaz.

İki yerin səssiz filmlərlə verilməsi ilə bağlı deyə bilərəm ki, ssenari baxımdan daha çox xoşuma gəldi, siqaret əleyhinə olan film xüsusilə, fərqli, maraqlı yanaşmaydı, standartdan kənar idi, ona görə mən onu dəyərləndirdim. Mənə 15 film gəlmişdi, düzü, o birilərindən xəbərim yoxdu".

Bu, hansısa peşəkar film festivalı deyil

Gənc Kinematoqrafçılar Mərkəzinin sədri, ssenarist Fehruz Şəmiyevsə festival barədə bunları bildirdi: "Nə qədər film qəbul olunub-olunmayıb, buna təşkilatçılar nəzarət edirdi. Bizə jüri olaraq 15 film təqdim olunub. 15 filmin içərisində 1-ci, 2-ci, 3-cü yerlər idi, "aktyor işi", "operator işi" və "ən yaxşı ssenari" nominasiyaları var idi orda.

Bu, gənclərin film festivalı idi, burada filmlərin səssiz olub-olmaması o qədər də önəmli deyil. Bu, hansısa peşəkar film festivalı deyil, elə gənclərin təşkil etdiyi layihə idi. Burada kino şirkətlərində çəkilmiş filmlər yox, fərdi şəkildə hazırlanmış filmlər iştirak edirdi. Ona görə burada hər hansı bir dialoqun, səsin yaxşı olub-olmaması o qədər də önəmli deyil, burada əsas məsələ filmin kinematoqrafik həllinin olub-olmaması məsələsiydi. Bu meyarlar əsas götürülüb və filmlər də bu meyarlara əsasən seçilib. Ancaq rejissorun özünün bədii yanaşması, əsas məsələ kinoda budur və əsas istiqamətlər də bu götürülüb".

Qeyd edək ki, "ən yaxşı ssenari", "ən yaxşı aktyor" və "ən yaxşı operator" işinə görə qaliblərə 100 manat müqabilində pul mükafatının verilməsi məsələsi başqa saytlarda xəbər verilib.

Tarix
2013.12.26 / 00:07
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla