Yuxarı

Həmkarlar İttifaqı yeni açıqlama verdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

II qrup Qarabağ əlili Zaur Həsənovun özünü Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) binası qarşısında yandırması və bu olayda AHİK sədri Səttar Mehbalıyevin adının hallandırılması iki gündür medianın və sisoal şəbəkələrin ən çox müzakirə etdiyi mövzudur.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası bu gün olayla bağlı yeni açıqlama verib:

"İddia da, ittiham da ədalətlilik prinsipinə söykənməlidir...

2013-cü il dekabrın 25-də Bakının Səbail rayonu ərazisində Zaur Həsən oğlu Həsənovun özünü yandıraraq intihara cəhd etməsi faktı cəmiyyət və kütləvi informasiya vasitələri tərəfindən birmənalı qarşılanmadı. Baş vermiş intihara cəhdin ilk saatlarda əsil məğzi, mahiyyəti, səbəbləri çoxlarına bəlli olmadığından bəzi media vasitələrində əsasən Z.Həsənovun və yaxınlarının iddialarına və ittihamlarına istinadən birtərəfli işıqlandırılıb. Azərbaycan Həmkarlar İttifaqlarının adı hadisəyə səbəb kimi hallandırılıb. Reallıqda isə, səbəbi Həmkarlar İttifaqlarında deyil, Z.Həsənovun Azərbaycan Respublikasının qanunlarına münasibətində axtarmaq lazım idi.

Z. Həsənovun"Şıx" sanatoriyasına məxsus ərazidə tikib işlətdiyi iaşə obyektinin üzərində yerləşdiyi torpaq sahəsi keçmiş Bakı şəhər Xalq Deputatları Sovetinin 22 mart 1985-ci il tarixli 1/12 saylı qərarı ilə dənizkənarı sahil zonası yaratmaq üçün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının "Kurort" Səhmdar Cəmiyyətinin tabeliyində olan "Şıx" sanatoriyası üçün ayrılıb. Həmin torpaq sahəsi hətta inzibati ərazi kimi Bakı şəhər İcra Hakimiyyəti başçısının 31 avqust 2000-ci il tarixli 811 saylı qərarı ilə Bibi-Heybət bələdiyyəsinə təhvil verilmiş olsa belə, onun mülkiyyətinə verilməmiş və torpaq istifadəçisi dəyişdirilməyib. Bundan başqa, "Azərbaycan Respublikasında Xəzər dənizi sahillərindən istifadənin tənzimlənməsinə dair tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2003-cü il tarixli sərəncamı ilə Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 80-130 metrlik zolağının altında olan torpaqların dövlətin müstəsna mülkiyyətində olması müəyyənləşdirib.

İcarə müqaviləsi bağlanan zaman mübahisəli torpaq sahəsi dövlətin müstəsna mülkiyyətində olmaqla "Şıx" sanatoriyasının qanuni istifadəsində olub.

Məhz yuxarıda göstərilən faktlara əsasən, Bibi-Heybət Bələdiyyəsi tərəfindən "Şıx" sanatoriyasının qanuni və daimi istifadəsində olan 1,67 ha torpaq sahəsi hüdudlarındakı 70 kv.m torpaq sahəsinin Həsənov Zaur Həsən oğluna icarəyə verilməsi, həmin ərazidə iki otaqdan ibarət ictimai-iaşə obyektinin tikilməsi, sahil boyunca stol və stulların qoyulması Bibi-Heybət Bələdiyyəsi tərəfindən yol verilmiş qanunsuzluq kimi qiymətləndirilməlidir. Z. Həsənova verilmiş torpaq sahəsi bələdiyyə mülkiyyəti deyil və həmin torpaq sahəsi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına "Şıx" sanatoriyasının istifadəsi üçün verilmiş dövlət mülkiyyətidir. Ona görə də bələdiyyənin həmin torpaq sahəsinə dair sərəncam vermək səlahiyyəti yoxdur. "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə əsasən bələdiyyələr yalnız öz əmlaklarına dair mülkiyyət hüququna malikdir, yəni sərbəst olaraq öz əmlaklarına sahiblik edir, ondan istifadə edir və ona sərəncam verir.

Nəzərinizə çatdırırıq ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının "Kurort" Səhmdar Cəmiyyətinin tabeliyində olan "Şıx" sanatoriyasının qanuni istifadəsində olan torpaq sahəsinin Həsənov Zaur Həsən oğlu tərəfindən zəbt edilməsi ilə bağlı məsələyə Azərbaycan Respublikası 1 saylı Bakı Yerli İqtisad Məhkəməsində, Bakı Apellyasiya Məhkəməsində, Azərbaycan Respublikası Ali Məhkəməsində baxılmış və Z. Həsənovun şikayətləri əsassız sayılmışdır.

Z.Həsənovun iddialarının əsassızlığını təsdiq edən məhkəmə qərarlarını sizə təqdim edirik:

Azərbaycan Respublikası 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin qətnaməsi:

Bibi-Heybət Bələdiyyəsi ilə Həsənov Zaur Həsən oğlu arasında bağlanmış 25 saylı 8 aprel 2005-ci il tarixli icarə müqaviləsi etibarsız hesab edilsin.

"Şıx" sanatoriyasına məxsus 1,67 ha torpaq sahəsini əhatə edən çimərlik zonasında 70 kv.m torpaq sahəsində Həsənov Zaur Həsən oğlu tərəfindən qanunsuz inşa edilmiş tikililər cavabdehlərin hesabına sökülsün və sahə boşaldılsın.

İddiaçılar tərəfındən ödənilmiş 20 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçılara müştərək qaydada ödənilsin.

Apellyasiya şikayəti qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Azərbaycan Respublikası 1 saylı Bakı Yerli İqtisad Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə verilə bilər.

Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi:

Azərbaycan Respublikası 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2-(81)- 1434/09 saylı iş üzrə 10.09.2009-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Cavabdeh Həsənov Zaur Həsən oğlunun apellyasiya şikayəti təmin edilməsin.

Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verə bilər.

Bakı Apellyasiya Məhkəməsinin qərardadı:

Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-139/2010 saylı iş üzrə 26 aprel 2010-cu il tarixli qətnaməsindən cavabdeh Həsənov Zaur Həsən oğlunun kassasiya şikayəti üzrə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməsin.

Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-139/2010 saylı iş üzrə 26 aprel 2010-cu il tarixli qətnaməsindən cavabdeh Həsənov Zaur Həsən oğlunun kassasiya şikayəti geri qaytarılsın.

Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Qərardaddan qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim verdiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati-iqtisadi kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı:

Cavabdeh Həsənov Zaur Həsən oğlu və vəkili Salahova Züleyxa Əbdül Qasım qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin.

Bakı Apellyasiya Məhkəməsinin 13 oktyabr 2010-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin qətnaməsi Səbail rayon icra şöbəsinin icra məmurları tərəfindən yerinə yetirilərək icarə müqaviləsi ləğv edilib, Z.Həsənov tərəfindən qanunsuz inşa edilmiş tikililər sökülüb, avadanlıqlar çıxarılaraq sahə boşaldılıb. İddiaçılar tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçılara müştərək qaydada ödənilib.

Qəbul edilən məhkəmə qərar və qətnamələrinə baxmayaraq Z. Həsənov israrla öz iddialarından geri çəkilməyib, müxtəlif vaxtlarda yuxarı instansiyalara Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbərliyi haqqında böhtan dolu, təhqiramiz, şantaj xarakterli məktublar yollayib, media mənsublarına müsahibələr vermiş, həqiqətə uuğun olmayan fikirlərlə ictimaiyyəti çaşdırıb. AHİK-in rəhbərliyi Z.Həsənovun heç bir hüquqi əsas olmadan Konfederasiyanın qarşısında özünü yandıracağı ilə bağlı təhdidləri barədə rəsmi olaraq Səbail rayon Polis İdarəsinə məktublar göndərib. Maraqlıdır ki, sonralar Z. Həsənov AHİK-in sədri, millət vəkili Səttar Mehbalıyevə unvanladığı məktublarının birində öz dediklərini özü də təkzib edib. Həmin məktubun bir hissəsini sizə təqdim edirik:

"Bunları yazmaqda mənim - döyüşlərdə sağlamlığını itirmiş bir döyüşçünün məqsədi Sizdən dəfələrlə üzr istəməkdir. Belə ki, Sizin böyük ziyalı olmağınızı, kasıb-küsuba əl tutan, ehtiyacı olanlara yardım edən, xeyirxah bir insan olmağınızı mən bilməmişəm. Mənim komandirlərim Sizin haqqınızda mənə elə sözlər dedilər ki, yazdıqlarıma görə xəcalət hissi keçirdim. Daha dəqiq desək, yazdıqlarıma görə yox, vəkillərimin mənim üçün yazdıqlarına və mənim isə onları oxumadan altından qol çəkməyimə görə. Çox xahiş edirəm, məni bağışlayasınız".

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası olaraq baş vermiş insidentlə bağlı bildiririk ki, hər hansı mübahisəli məsələnin və münaqişələrin bütün sivil cəmiyyətlərdə olduğu kimi, məhkəmə yolu ilə həll edilməsi prinsipinə hörmətlə yanaşır, öz əməli fəaliyyətimizdə bu prinsipə sözsüz riayət etməyə özümüzü borclu sayırıq.

Tarix
2013.12.26 / 18:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla