Yuxarı

Dünyanın ən bahalı 10 avtomobili - Foto

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

10 "Pagani Huayra" – 1.3 milyon dollar

"Pagani"nın 2012-ci ildə çıxardığı yuxu avtomobili AMG-nin inkişaf etdirdiyi 730 HP güc hasil edən 6.000 cc-lik V12 sayəsində 370 km sürət göstəricisinə malikdir. 1.000 Nm-lik torka sahib olan avtomobilin 0-100 km-ə sürətlənmə müddəti 3.2 saniyədir. "Huayra" bir çox idman avtomobillərində olduğu kimi sifarişlə istehsal edilir.

9 – "Ferrari LaFerrari" – 1.3 milyon dollar

Məşhur idman avtomobil istehsalçısı "Ferrari"nin ilk hibrid idman avtomobili "LaFerrari" V12 mühərriki və elektrikli mühərrikiylə birlikdə 963 HP gücə sahibdir. 499 ədəd istehsal olunacaq avtomobil üçün kontingentlərin az qala hamısı qısa müddətdə satılıb.

8 – "Lamborghini Reventon" - 1.6 milyon dollar

Lockheed Martinin istehsal etdiyi döyüş təyyarəsi F-22 Raptordan ilhamlanaraq inkişaf etdirilən bu yer təyyarəsi digər 6.5 litrlik V12 tipli mühərrikin çıxardığı 670 HP güc ilə 0-100 km-ə sürətlənməni 3.4 saniyədə reallaşdırır. Avtomobilin biri "Lamborghini" muzeyinə qoyulmaq şərtilə cəmi 21 ədəd istehsal edilib.

7 – "Koenigsegg Agera R" - 1.6 milyon dollar

1994-cü ildə qurulan İsveçli Koenigsegg firmasının istehsalı olan Rin 5.000 litrlik V8 mühərriki, 1140 HP gücə malikdir. Avtomobil 0-100 km sürətlənməsini 2.8 saniyədə reallaşdırır. Emalat müddəti, dizaynı və xüsusilə qapıların açılmasıyla diqqət çəkən bu avtomobil, bir çox Hollywood filmində də özünə yer əldə edib.

6 – "Aston Martin One-77" - 1.850.000 dollar

"Aston Martın One-77", 7.0 litrlik nəhəng V12 mühərrikiylə digər rəqiblərinə görə təvazökar sayıla biləcək 710 HP mühərrik gücü və 750 Nm-lik torka sahibdir. 0-100 km sürətlənməsini 3.5 saniyədə tamamlayan avtomobil, adından da aydın olduğu kimi 77 ədəd istehsal ediləcək.

5 – "Pagani Zonda Cinque Roadster" - 1.800.000 dollar

"Pagani" qrupunun sanki bir sənət əsəri konsistensiyasında çıxardığı avtomobildə bu dəfə də AMG-nin istehsalı olan bir mühərrik iştirak edir. Avtomobil, 678 HP güc və 780 Nm torkla, 3,3 saniyədə 100 km sürət yığır. Avtomobilin son sürəti isə saatda 355 km-dir. "Pagani Zonda Cinque Roadster"dən dünyada yalnız 25 ədəd olacaq.

4 – "Bugatti Veyron Super Sport" - 2.400.000 dollar

Saatda 431 kilometr sürət ilə dünyanın ən sürətli avtomobili olan "Bugatti Veyron Super Sport", 1200 HP-lik mühərrik gücünə sahibdir. 16 slindrli 8 litrlik mühərrikin dövrünü qorumaq üçün dəqiqədə 1200 ilə məhdudlaşdırılıb.

3 – "Bugatti Veyron Grand Sport Speed ​​World Record Edition" - 2.600.000 dollar

"Bugatti Veyron"un üstü açıq versiyası 408,84 km sürətlə dünyanın ən sürətli kabrio avtomobili rekordunu qırmaq üçün inkişaf etdirilib. Avtomobilin məhdud sayda istehsal edildiyi bildirilir.

2 – "W Motors Lykan Hypersport" - 3.400.000 dollar

Beyrut mənşəli W mühərrik firmasının çıxardığı avtomobilin inkişaf etdirilməsi tam 6 il davam edib. 750 HP mühərrik gücü 1.000 Nm-lik torkuyla avtomobil 0-dan 100 kilometrə 2.8 saniyədə yüksələrək, saatda 395 kilometrlik son sürətə çatır. Avtomobildən yalnız 7 ədəd istehsal ediləcək.

1 – "Lamborghini Veneno" - 3.900.000 dollar

Dizaynçılar tərəfindən "Lamborghini"nin bu günə qədər ən çirkin avtomobili olaraq şərh etdiyi "Veneno", eyni zamanda markanın ən güclü modelidir. Avtomobil 750 HP-lik mühərrik gücünə sahibdir. Yalnız üç ədəd istehsal edilib.

Tarix
2013.10.23 / 23:01
Müəllif
Natiq Azəri
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla