Yuxarı

“Siyasi məhbus”lar əfv oluna bilərmi?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

AŞPA sədrliyinə hazırlaşan Azərbaycan problem saxlamaq istəmir

2014-cü ilin iyun ayından Azərbaycan Avropa Şurası Parlament Assambleyasının sədrlik mandatını Avstriyadan təhvil alacaq. "Axar.az"ın məlumatına görə, həmin müddətə qədər Azərbaycan, adı müxtəlif səbəblərdən "siyasi məhbus" siyahılarında yer alan şəxsləri azadlığa buraxa bilər. Çünki AŞPA sədri olan ölkələrə hər hansı tənqidlə üzləşməmək üçün daxili problemləri həll etməklə sədrlik dönəmlərində uğur əldə etməyə çalışırlar.

Azərbaycanda siyasi məhbus yoxdur

AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Asim Mollazadə "Axar.az"a açıqlamasında siyasi məhbuslara dair məsələnin yenidən gündəmə gələcəyini istisna etməyib və bu məsələdə Avropanı ikili standartlarda ittiham edib:

"Güman edirəm ki, Azərbaycanın sədrliyi müddətində bu məsələ gündəmə gətirilib, yenidən müzakirə oluna bilər. Siyasi məhbus məsələsinin gündəmə gətirilməsində daha çox erməni diasporuna yaxın beynəlxalq təşkilatların canfəşanlğı hiss olunur. Maraqlıdır ki, bəzi Avropa təşkilatlarında bu məsələlərə ikili yanaşma müşahidə edilir. Hamı bilir ki, Ermənistan insan haqlarının kobud şəkildə pozulduğu ölkədir. Amma nədənsə Ermənistanın AŞPA-da sədrlik müddətində bu məsələlər qabardılmadı. Onu da bildirim ki, Azərbaycanda siyasi məhbus yoxdur!"

Türkiyə nümunəsi göstərdi ki...

İnsan Haqları Klubunun rəhbəri, hüquq müdafiəçisi Rəsul Cəfərov da ölkəmizə qarşı sanksiyaları istisna etməyib və AŞPA-da belə bir praktikanın müşahidə olduğunu bildirib:

"Siyasi məhbus məsələsinin müzakirəsi hər an gündəmə gələ bilər. AŞPA-da belə bir praktika müşahidə olunub. Yəni quruma sədrlik edən ölkələrdə insan haqları kobud şəkildə pozulubsa, o zaman ya həmin ölkənin sədrliyi dayandırılır, ya da başqasına ötürülür. Buna Türkiyə nümunəsini göstərə bilərik. Güman edirəm ki, Azərbaycana qarşı da bu təcrübədən istifadə edə bilərlər. Azərbaycan sədrlik müddəti ərəfəsində məhbusları azad etsə, bu, ölkənin gələcəyi üçün çox yaxşı olar. Ən azı 6-8 ay vaxt var və bu müddət ərzində nəsə etmək olar".

Xatırladaq ki, bu il yanvar ayının 23-də almaniyalı məruzəçi Kristofer Ştrasserin Azərbaycanda siyasi məhbuslara dair hazırladığı qətnamə layihəsi Avropa Şurasının Parlament Assambleyasında qəbul olunmamışdı.

Buna baxmayaraq, Avropa Parlamentinin Azərbaycanla bağlı bu gün qəbul etdiyi qətnamədə Müsavat başqanının müavini, jurnalist Tofiq Yaqublu və REAL hərəkatının lideri İlqar Məmmədov başda olmaqla 14 siyasi məhbusun olduğu bildirilir və onların qeyd-şərtsiz və dərhal azadlığa buraxılması da tələb edilir.

Tarix
2013.10.24 / 09:55
Müəllif
İlqar Vəliyev
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla