Yuxarı

Rektor tələbədən pul aldıqlarını etiraf etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Odlar Yurdu" Universitetində oxuyan bir qrup tələbə universitetin rəhbərliyindən olduqca narazıdır. Tələbələr bildirirlər ki, onların ən təbii haqqları belə pozulur. Adının açıqlanmasını istəməyən tələbə deyir ki, universitet cərimə qaydaları ilə idarə olunur. O deyir ki, Universitet rektoru Əhməd Vəliyev ən adi şeylər üçün də cərimələr tətbiq edib:

"Bizə rektorluqdan deyirlər ki, hər universitetin öz daxili qaydaları var və bu cərimələr də bizim qaydalarımızdır. Təsəvvür edin ki, tələbə biletini itirən tələbə təhsil haqqının 2 mislini ödəyəndən sonra yeni tələbə bileti ala bilir. Təhsil haqqı 1500-2000 manatdan yuxarıdır. Elə ixtisas var ki, 2500 manat təhsil haqqı ödəyir. Bir tələbə bileti nədir ki, onu itirən zaman 4-5 min manat pul ödəyək?"

"Odlar Yurdu" universitetinin tələbəsi cərimələrin təkcə tələbə biletinin itməsinə görə deyil, başqa şeylərə də tətbiq edildiyini deyir:

"Təkcə tələbə bileti deyil. Məsələn, bizə imkan vermirlər ki, normal saç saxlayaq. Mən istəyirəm ki, saçımı uzadım, digər universitet tələbələri kimi sərbəst geyinim. Ən bəsit haqqlarımız belə pozulur. Bayaq dediyim cərimələr saqqal saxlayan tələbələrə də şamil edilir. Əvvəl hündürdaban ayaqqabı geyən qızlara da cərimələr tətbiq edirdilər. Sonra o cəriməni ləğv etdilər".

"Odlar Yurdu" universitetinin rəhbərliyindən gileylənən tələbə bildirdi ki, bu qaydalara görə universitetdən qovulan tələbələr də olub:

"Keçən il bir tələbə dostumuz imtahana dizləri cırıq cinslə gəlmişdi. Universitet rəhbərliyi onu təhqir edərək imtahan otağından çıxardı. Tələbə nə qədər mübahisə etdisə, heç bi faydası olmadı. Belə universitetdə hansı təhsildən söz gedə bilər? Ən adi şeylərə cərimə tətbiq edib minlərlə manat pul qazanırlar".

Məsələ ilə bağlı Universitetin rektoru Əhməd Vəliyev ilə əlaqə saxladıq.

"Axar.az"a danışan millət vəkili dedi ki, rektoru olduğu universitetdə tətbiq edilən bütün qaydalar nizam-intizam qaydalarını gücləndirmək üçündür. Əhməd Vəliyev tələbə biletinin itməsinə görə cərimə tətbiq edilməsini gizətmədi:

"Hansısa tələbə universitet əmlakını korlayırsa, bunun cəriməsi var. Əgər tələbə biletini itiribsə, onun da cəriməsi var. Ancaq bu, xırda rəqəmdir. Təhsil haqqının 2 misli bilirsiniz nə qədər edir? 6 min manat".

"Bəs əslində cərimələr nə qədərdir?" - sualına isə rektor belə cavab verib:

"100 manat. Bu cərimələr tələbənin məsuliyyətini artırmaq üçündür. Tələbə öz biletini necə itirə bilər? Tələbənin atributlarından biri onun vəsiqəsidir. Bakı Dövlət Universitində oxuduğum zaman verilən tələbə bileti bu dəqiqə də mənim özümdədir".

Universitet rektoru saç-saqqal qadağasına və cərimələrinə də aydınlıq gətirdi:

"Hər bir tələbə səliqəli olmalıdır. Saç-saqqal saxlamağa görə cərimə yoxdur, ancaq bu bizim onlardan tələbimizdir. Biz onlarla söhbət aparırıq ki, olmaz. Hər tələbənin geyimi qaydasında, səliqəli olmalıdır, yuxudan tezdən durmalı və üzünü qırxmalıdır".

Əhməd Vəliyev "Axar.az"ın muxbiri ilə söhbət zamanı təhsil haqqının 2 misli qədər cərimənin yalan olmasını dəfələrlə qeyd etdi:

"Yalan söhbətdir. Bunlar heç təhsil haqqını düz-əməlli ödəyirlər ki, 2 mislini də ödəsinlər? Elə olsa, universitet kef eləyər, vallah. Təhsil haqqını ödəmək zamanı çatanda gəlirlər ki, Əhməd müəllim, kömək elə bizə. Mən yenə deyirəm, təhsil haqqının 2 misli qədər cərimələrin olması söhbəti boş söhbətdir".

Tarix
2013.10.24 / 11:27
Müəllif
Tural Qurbanlı
Şərhlər
Digər xəbərlər

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla