Yuxarı

Azərbaycanın birinci xanımının üzüyü

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Birinci xanımlar klubu"nun ənənələri "prezidentlik institutu"ndan heç də geriyə qalmır. Bu ənənələr əsrlərlə formalaşıb və sarsılmaz olub. Bu ənənələrdən biri də ölkənin birinci xanımları üçün "Tiffany"dən zinət əşyalarıdır.

Linkolndan başlayan yol

Prezidentlərin öz xanımlarına "Tiffany"dən necə cəvahirat hədiyyə etmələri haqda çox hekayələr var. Bütün bu tarixin təməlini isə ABŞ-ın dahi prezidentlərindən biri olan Avraam Linkoln qoyub.

Sevgisinin rəmzi olaraq Linkoln həyat yoldaşı Meriyə "Tiffany"dən boyunbağı, sırğa və qolbağıdan ibarət mirvari dəsti hədiyyə edib. Meri bu dəsti 1862-ci ildə həyat yoldaşının inaqurasiya mərasimində taxıb. Bununla birinci xanımlara "Tiffany"dən hədiyyələr ənənəsinin təməli qoyulub.

Andındakı sözlər

Prezident Eyzenhauer yoldaşı Meymi üçün özü "Tiffany"dən çələng şəklində ulduzlu qızıl medalyonun dizaynını yaradıb. Çələngin bir üzündə onun andı - "For never failing help since 1916 — in calm and in stress, in dark days and in bright. Love Ike, Christmas, 1955" ("Sakitçilik və stressdə, qaranlıq və işıqlı günlərdə 1916-cı ildən heç bir zaman tükənməyən köməyi üçün. Milad. 1955") sözləri oyulub.

Nişan üzüyü

Daha bir birinci ABŞ xanımı - Eleonora Ruzvelti "Tiffany" ilə yalnız prezidentlik dövrü yox, eləcə də bütün həyat hekayəsi bağlayır. ABŞ-ın prezidenti və onun gələcək həyat yoldaşı Franklin Delano Ruzvelt 1904-cü ildə ona "Tiffany"dən 3,4 karatlı brilyant üzük hədiyyə edərək evlilik təklif edib. Üzük onu elə heyrətə gətirib ki, Eleonora Ruzveltə məktubda belə yazıb: "Siz ikinci belə bir üzük tapa bilməzdiniz ki, mənim bu dərəcədə xoşuma gəlsin".

Optimizm simvolu

Jaklin Kennedi ABŞ-ın birinci xanımı olanda yoldaşı ona "Tiffany"dən Jan Şlümberje dizaynı olan çiyələk formasında rubin və brilyantla bəzədilmiş yaxa sancağı hədiyyə edib. Jaklinin təkrarolunmaz üslubu onu ən zərif və eleqant birinci xanımılarından biri edib. O, yoldaşının prezidentlik dövrünün optimizm simvolu hesab olunub.

Ailə dəyəri

Azərbaycanın birinci xanımı üstünlüyü "Tiffany"nin Şlümberje dizaynı olan üzüyünə verib. Azərbaycan prezidenti ilə ənənəvi Yeni il müsahibəsinin şəkillərində bu üzük güclü bir ailə dəyəri simvoluna çevrilib.

Gümüş ənlik-kirşan qabı

Böyük Britaniyanın kraliçası II Elizabetin brilyant yubileyinə Obama cütlüyü əlahəzrətə "Tiffany"dən 1950-ci ilin unikal gümüş ənlik-kirşan qabı təqdim ediblər. Bu hədiyyəni kraliça xüsusi təşəkkürlə qəbul edib.

Onları birləşdirən cəhət

Onları bölən məsafə və zamana baxmayaraq, müxtəlif ölkələrin və dövrlərin birinci xanımları öz individuallıqları ilə unikal olsalar da, onların çox ümumi xüsusiyyətləri də olub. Özəlliklə bu, "birinci xanımlar klubu"nun ümumi ənənə və dəyərlərinə aiddir.

Tarix
2013.10.29 / 14:05
Müəllif
Nərminə Allahverdiyeva
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdamda Şahbulaq qalasında...

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla