Yuxarı

Partiya sədrindən Tolikə cavab gəldi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bu gün ölkənin ən böyük problemi Nadir Qafarzadəylə Cavanşir Məmmmədovun davasıdır. Siyasi partiyanın başqanı "Facebook"da Nadirin adını hallandırırsa, o zaman nə xoş Nadirə, nə xoş Cavanşirə. İnsanlar əgər o partiyanın siyasətiylə gedirsə, yazıqlar olsun". Bu sözləri prodüser Tolik telekanallardan birində çıxışı zamanı deyib.

Xatırladaq ki, prodüser Tolikin siyasi partiya lideri deyə ittiham etdiyi şəxs oktyabrın 28-i "Qafqazinfo.az" saytında gedən ""Maral"la tutuzdurur, "Gey"lə otuzdurur..." yazısının müəllifi "Demokratik Maarifçilik partiyası"nın sədri Elşən Musayevdir.

Elşən Musayev "Axar.az"a açıqlamasında: "Mən o çıxışa baxmışam və düşünmürəm ki, orada xüsusi təhqir var və orda ad da çəkilmir. Bu məsələləri çox adam müzakirə edir, amma mən Tolikə baş qoşmaq istəmirəm. Düşünürəm ki, yazdığım yazının başlığına diqqət yetirəndən sonra içindəki mətn oxunmalı və daha sonra şərh edilməli idi. Yazı bütünlükdə siyasi məğzdədi. Sadəcə, orda başlıq hansısa formada sayt tərəfindən qoyulursa, bu o demək deyil ki, biz şou-biznes məsələlərinə münasibət bildiririk. Yazının son abzasında bənzətmə olub və həmin bu bənzətmə də bir, ya iki cümlədən ibarət olub. Başlıq da həmin cümlədən çıxarılıb".

Tarix
2013.10.29 / 14:41
Müəllif
Nərminə Allahverdiyeva
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla