Yuxarı

Millət vəkili çay içməyə çıxanda... qanunu pozmaq olarmı? - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin oktyabrın 29-da baş tutan plenar iclasında qanun layihəsinin qəbulu zamanı bir millət vəkilinin digərinin yerinə səs verdiyi anları əks etdirən video-görüntü yayılıb. Hətta videoda Sabirabaddan seçilən millət vəkili Ceyhun Osmanlının başqasının yerinə səs verməsi daha aydın əks olunub. Baş vermiş hadisə cəmiyyətdə geniş müzakirələrə səbəb olub və hətta narazılıqla qarşılanıb.

Məsələ ilə əlaqədar millət vəkilləri "Axar.az"a danışdı. YAP-çı millət vəkili Aydın Mirzəzadənin fikrincə:

"Milli Məclisin daxili nizamnaməsinə görə, deputat qanun layihəsi zamanı istənilən məsələyə öz səsini verməlidir. Yəni bu baxımdan ayrı-ayrı deputatların belə hərəkətlərinə Milli Məclisin İntizam Komissiyası öz rəyini verməlidir".

Milli Məclisin İntizam Komissiyasının üzvü Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa isə hesab edir ki, bir millət vəkili digərindən onun əvəzinə səs verməyi xahiş edə bilər:

"Ceyhun Osmanlının kiminsə yerinə səs verməyinə inanmıram. Qaldı ki, "qanunsuzluq" məsələsinə, bu bir qədər problemlidir. Hər kəs özü səs verməlidir, amma ola bilər ki, hansısa millət vəkilinin işi çıxa və ya çay içməyə gedə, həmkarından onun yerinə səs verməyi xahiş edə bilər".

Ümid Partiyasının sədri İqbal Ağazadə bunu millət vəkillərinin formalaşmış mövqeyi ilə izah etdi və bunda faciəvi bir şey olmadığını bildirdi:

"Millət vəkilləri əvvəlcədən bəzi məsələlərə münasibət bildirir, yəni bu, dünyanın hər yerində belə olur. Dostlarından onların yerinə səs verməyi xahiş edirlər. Bundan da faciə düzəltmək lazım deyil. Həm də onların daha əvvəlcədən formalaşmış mövqeyi olur və gündəlikdəki məsələlərə "hə" və ya "yox" cavabını verəcəyini əvvəlcədən bilir".

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə isə millət vəkillərinin hərəkətlərini qanunsuz hesab etdi və onları diqqətli olmağa çağırdı: "Məncə, bunu şişirtməyə dəyməz. Amma əlbəttə ki, millət vəkillərinin bu hərəkəti düzgün deyil. Sadəcə, elə olur ki, bir millət vəkili səsvermə zamanı hər hansı bir vacib işə görə çölə çıxır və həmkarından onun yerinə səs verməyi xahiş edir. Düşünürəm ki, diqqətli olmaq lazımdır, çünki bu, qanunsuz hərəkətdir".

Video: "virtualaz.org"

Tarix
2013.10.30 / 16:51
Müəllif
İlqar Vəliyev
Şərhlər
Digər xəbərlər

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmayılıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla