Yuxarı

Boşanmış qadını pis yola düşməyə vadar etdik

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda yaradıcı qadınların taleyinə ötəri bir nəzər saldıq. Sizin üçün də onların yaşantıları maraqlıdırsa, bu layihədə silsilə şəklində verəcəyimiz yazılarda toplumumuzda yaradıcı və əslində tənha xanım olmağın bədəlini öz qələmlərindən oxuyun.

Elnaz Eyvazlı

Ailə cütləşmək deyil

Ailə mənim üçün müqəddəsdir. Əqli problemi olmayan adam ailəsini dağıtmaq istəməz. Edibsə, sonuncu variant bu olub. Ailə cütləşmək deyil, biz insanıq. Ailə dövlətdir, hər bir ailənin öz qayda-qanunları var. Düşüncə tərzi və dünyagörüşü fərqli iki insanı bir parça kağızla halal etmək ən böyük haramdır. Belə ailələrdə doğulan körpələrin xatirələri, psixologiyaları zədəli olur.

Nə ailə zindan, nə də təklik azadlıqdır. İnsan düşüncəsində azaddırsa, azaddır. İstər ailəli ol, istər subay, düşüncələrin qandallı, dünyagörüşün dardırsa, daha çox məhbussan.

Ailəli olanda daha çox tənha idim

Tam da mövzuya gəlincə, mən tək deyiləm, ailəm, qızım, dostlarım, şagirdlərim... var. Tənha olduğum məqamlarda təklik şərt deyil. Ailəli olanda daha çox tənha idim. Qəlbimdə olan sevgi o qədər güclü və aşırıdır ki, bütün həyatım boyu mənə yetər. Şükrünü yetirə bilmədiyim Allahı sevirəm deyə, onun yaratdığı İnsanı, nəsib etdiyi Vətəni, işimi, sənətimi sevirəm. Tənhalıq, təklik, sevgi və həyat kişidən ibarət deyil. Həyat yalnız qadın-kişi münasibətlərinin üstündə qurulmayıb, sadəcə, vacib amillərdən biri də budur, əfsus ki, məndə alınmadı. Bu, dərd deyil, dərd içində olduğumuz cəmiyyətin tənha, tək deyə qırmancladığı qadına münasibətidir.

Boşanmış qadın dərdi

Ümümiyyətlə, bizim Azərbaycan insanı, xüsusən də kişisi, ictimai yükü olan qadını ən yaxşı halda dost kimi qəbul edir, həyat yoldaşı kimi, uşaqlarının anası olaraq yox. Təbii ki, istisnalar mövcuddur. Hər şeyi - azad cinsi münasibətləri, qızların qaş alması, kişilərin saç uzatması, sırğa taxması, şort geyməsi, soyunanı, geyinəni, hətta cinsi azlıqları belə adi hal kimi qəbul etməyi öyrəndik, əla! Ancaq boşanmış qadına ilk baxışdan yata biləcəyimiz, sevgilimiz olacaq qadın kimi baxmağı tərgitə bilmədik. Ya onu pis yola düşməyə vadar etdik, ya da özünə qapanmağa... bircə sahib çıxa bilmədik.

Tarix
2013.10.30 / 17:10
Müəllif
Sona
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla