Yuxarı

Suriya müxalifətindən vəhşilik görüntüləri - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yayılan dəhşətli video Qərbi çətin vəziyyətə salıb

"Nyu York Tayms" Suriya müxalifətindən olduğu iddia edilən yaraqlıların vəhşiliyindən bəhs edən video-görüntüləri yayıb. Videoda üsyançıların əsir aldığı yeddi nəfər Suriya əsgərinin hamısı soyundurulub, kürəklərində döyüldüklərini göstərən qırmızı zolaqlar görünür. Əsgərlərin hamısı üzü torpağa uzadılıb, başlarının üzərində isə qiyamçıların komandiri qızğın inqilabi nitq səsləndirir: "Onlar əlli il ərzində korrupsionerlərlə əlbir olublar, - o deyir, - bu bizim andımızdır, yerin-göyün sahibinə and olsun: Biz qisasımızı alacağıq!"

And içməni bitirəndən sonra "Əmi" ləqəbli komandir birinci əsgəri başının arxasından güllələyir. Onun ardınca isə qalan üsyançılar atəş açaraq əsgərləri öldürürlər.

Bu video Amerikanın Suriyanın qiyamçılara qarşı kimyəvi silahdan istifadə etməsini müzakirə etdiyi dövrdə ortaya çıxsa da, aprel ayında çəkilib və Suriya müxalifətçilərinin adam oğrularından, cinayətkarlardan ibarət olduğunu nəzərə çarpdırmaq məqsədi güdür.

Senator Con Makkeyn də daxil olmaqla konqresin bir çox üzvünün daha sağlam hərbi dəstək tələb etdiyi bir zamanda bu videonun yayılması rəsmi Vaşinqtonu çətin vəziyyətə salıb.

Suriyadakı inqilabın iki ildən də çox davam etməsi qiyamçıların Əl-Qaidə terror təşkilatı ilə də əlaqədə olmasını istisna etmir.

Qiyamçıların tutulan əsgərləri edam edərkən əllərində Əbdül Səməd İssanın şəklini tutması da ciddi narahatlıq doğurur.

Şimali Suriyada "Əmi" ləqəbiylə tanınan adamın köməkçilərindən ikisi onun qardaşı oğullarıdır.

Amerikanı əsas narahat edən məsələlərdən biri də bəzi qiyamçıların Əl-Qaidə ilə əlbir olmasının etiraf etməsidir. Bu qruplar – Nüsra, İraq və Suriyada İslam dövləti – Suriyada şəriət qanunları ilə idarə olunan cəmiyyət yaratmaq üçün and içiblər və bunu həyata keçirmək üçün savaşa cəlb etdikləri xarici mücahidlərin terror taktikalarından istifadə etmək istəyirlər.

Tarix
2013.09.06 / 10:35
Müəllif
Nilüfər Muğantürk
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla