Yuxarı

Vəfa Quluzadə: "Rusiya ermənilər tərəfdə döyüşəcək"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın "Azad Demokratlar" partiyasının rəhbəri Xaçatur Kokobelyan oktyabrın 30-u Yerevanda Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatı (KTMT) Parlament Assambleyasının təhlükəsizlik və müdafiə komissiyasının 2 günlük toplantısında Rusiyanın Azərbaycana silah satmaq məsələsini qaldırıb və qeyd edib ki, belə razılaşmalar regionda stabillik və təhlükəsizliyin möhkəmlənməsinə mane olur:

"Əgər Azərbaycanla Rusiya arasındakı 4 milyard dollarlıq razılaşma "biznes plan" adlandırılırsa, o zaman KTMT ciddi struktur sayıla bilməz".

O, həmçinin qeyd edib ki, onun rus həmkarları da bununla razıdırlar və bu məsələ ciddi müzakirə olunmalıdır.

Rusiya Ermənistanın arzusuna mane olur

Ermənistanlı partiya lideri Kokobelyanın Azərbaycanın Rusiyadan silah almasına etirazı haqda politoloq Vəfa Quluzadənin fikirlərini öyrəndik.

Öncə ekspert bu yaxınlarda Ermənistanın gömrük bazasında olan rus generalının verdiyi bəyanatı xatırlatdı: "Əgər Azərbaycan torpaqlarını güclə azad etmək istəsə, onda Rusiya sözsüz ki, Ermənistanın tərəfində döyüşəcək".

Azərbaycanın silah almasıyla bağlı erməni siyasətçinin fikrini isə belə izah etdi:

"Bunların hamısının səbəbi birdir - Rusiya generalının bəyanatı Ermənistanda daxili vəziyyətə təsir etmək üçündür. Azərbaycan heç də Ermənistana hücum etmək arzusunda deyil. Bunun hamısı Ermənistanın ictimai rəyini inandırmaq istəyirlər ki, Rusiya olmasa Ermənistanın işi pis olar. Çünki Rusiyanın mövqeyi Ermənistanda artıq çalxalanıb və yaxın gələcəkdə Ermənistan tələb edəcək ki, Rusiyanın gömrükdəki bazası Ermənistanı tərk etsin. Ona görə bunlar öz vəziyyətlərini möhkəmləndirmək üçün bu gün bu cür bəyanatlara əl atır və bu bəyanatı verən də sözsüz ki, Rusiyanın hakimiyyətə gətirdiyi agenti olacaq.
Ermənistana gəlsək, xalq kimi və bir dövlət kimi onların marağı Azərbaycanla sülh sazişinin imzalanması və Türkiyə ilə sərhədlərin açılmasıdır. Rusiya isə müxtəlif yollarla bunların hamısına maneçilik törədir".

Tarix
2013.10.31 / 17:06
Müəllif
Nərminə Allahverdiyeva
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla