Yuxarı

Gürcüstanın yeni prezidenti kim olacaq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Axar.az" xəbər verir ki, Gürcüstanda bu səhər prezident seçkisi başlayıb.

Yerli vaxtla saat 8:00-da başlayan seçki 12 saat davam edəcək və ölkə ərazisində 3,5 milyon seçici səsvermədə iştirak edə biləcək. Təxminən daha 48,5 min Gürcüstan vətəndaşı isə ölkədən xaricdə səs vermə hüququndan istifadə edəcək.

Bəzi ekspertlər hesab edir ki, Gürcüstanın prezidenti postuna iddialı olan 21 siyasətçidən bu posta daha şanslı namizəd "Gürcü arzusu" koalisiyasının namizədi Georgi Marqelaşvili, parlamentin keçmiş sədri Nino Burcanadze və keçmiş hakim partiya – Vahid Milli Hərəkat Partiyasının namizədi David Bakradzedir.

Seçkidə rekord sayda müşahidəçinin iştirakı gözlənilir: 60 yerli təşkilatdan 19,7 min və 65 xarici ölkədən 1,2 min. İlkin nəticələr bazar ertəsinin axşamı bəlli olacaq, Gürcüstan Mərkəzi Seçki Komissiyasının rəsmi yekunları isə səsvermə günündən 20 gündən gec olmayaraq açıqlanmalıdır.

Xatırladaq ki, öz postunu tərk etməyə hazırlaşan prezident Mixail Saakaşvili bu posta iki dəfə - 2004 və 2008-ci illərdə seçilib.

Tarix
2013.10.27 / 11:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla