Yuxarı

Mətanət Əzizova: Qadınların öldürülməsi pik həddə çatıb

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün dünyada "Qadın Zorakılığına Qarşı Mübarizə Günü" kimi qeyd olunur. Qadınlara qarşı zorakılıq adətən ailə daxilində baş verir. Bu zorakılıqdan nəinki qadınlar, ümumilikdə ailələr, körpələr və bütün cəmiyyət əziyyət çəkir.

Qonşu Türkiyədə hər gün 5 qadın ailədaxili zorakılıq səbəbilə həyatını itirir.

Bu il 28 min qadın zorakılığa məruz qalıb. Son 5 ildə 802 qadın ailədaxili zorakılıq səbəbilə həyatını itirib. 4 min 500 nəfər də polisə və ya aidiyyəti qurumlara müraciət edərək özünü müdafiə etməyə çalışıb.

Qadınlar arasında intihar artıb

Azərbaycandakı qadınlara qarşı zorakılıqlarla maraqlandıq. Mövzuyla əlaqədar Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova qadınlara zorakılıqla bağlı statistika aparılmadığını dedi: "Qadın Krizis Mərkəzinə zənglər, müraciətlər artıb. Bu müraciətlər həm fiziki zorakılıq, həm də ki, psixoloji zorakılıqla bağlıdır. Son dövrdə qadınlar arasında intihar da artıb. Bu da ailə münaqişəsi zamanı yaranır. Burda da iki məqsəd var, ya qadın öz problemini qabartmaq istəyir, ya da artıq o zorakılıqlarla yaşamaqdan bezir. Heç bir yerdən köməklik görmürlər, məcburdurlar ki, intihar etsinlər. Son dövrdə ailə daxilində qadınların öldürülməsi problemi artıq pik həddə çatıb. Bu haqda demək olar hər gün yeni məlumatlar daxil olur.

Zorakılıqla mübarizə üçün cəza tədbilərini ağırlaşdırmaq lazımdır. Bununla bağlı qanun cinayət məcəlləsindən çıxarılıb. Ailədə kişi qadını döyür, işgəncə verir, qadın məhkəməyə müraciət edir, kişidən 300 manat alırlar, məsələ "həll olunur". Çalışırıq ki, bunla bağlı qanunvericiliyə yeni maddələr əlavə olunsun. Bununla bağlı sosial roliklər çəkirik, dövlət qurumlarına müraciət edirik ki, mövzunu gündəmdə saxlayaq".

Tarix
2013.11.25 / 13:55
Müəllif
Nilüfər Muğantürk
Şərhlər
Digər xəbərlər

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla