Yuxarı

Binəqədidə bina yandı: 2 yaralı - Yeniləndi/Foto

Ana səhifə Digər
12 Punto 14 Punto 16 Punto 18 Punto

19.53

Binəqədi rayonunda - Azadlıq prospekti, 178 ünvanında güclü yanğın başlayıb.

Bu barədə Teleqraf.com-un əməkdaşı hadisə yerindən xəbər verir.

Əməkdaşımızın sözlərinə görə, yanğın 16 mərtəbəli binanın sonuncu mərtəbəsindədir. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 10-a yaxın yanğınsöndürəni cəlb edilib. Yanğın 16-ci mərtəbədə baş verdiyindən yanğınsöndürənlər onu söndürməkdə çətinliklə qarşılaşıb.

Əməkdaşımız yanğının binanın digər blokuna keçdiyini də bildirib. Hazırda binada yaşayanlar evakuasiya edilir.

Teleqraf.com yanğının baş verdiyi binanın fotolarını təqdim edir.

20.20

Binəqədi rayonunda - Azadlıq prospekti, 178 ünvanında güclü yanğın baş verib.

Əməkdaşımızın bildirdiyinə görə, bu dəqiqələrdə yanğın söndürülüb.

Hadisə nəticəsində 4 mənzilə ciddi ziyan dəyib. Onlardan biri tamamilə yanıb.

Hadisənin səbəblərinə gəlincə, binada qaz yoxdur. Sakinlər mənzilləri elektrik qızdırıcıları ilə qızdırır. Yanğının da elektrik xətlərində yüklənmə və qısaqapanmadan baş verdiyi güman edilir.

Ancaq sakinlər bildirib ki, binanı ruhi xəstə olan Xalidə adlı qadın yandırıb. O, hüquq-mühafizə orqanları tərəfindən Binəqədi rayon polis bölməsinə aparılıb.

Qeyd edək ki, sözügedən bina 1972-ci ildə tikilib.

Tarix
2013.12.25 / 23:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla