Yuxarı

Elnarə Tofiqqızının ölümünün ilkin səbəbi açıqlandı

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah onun 40 mərasimidir


Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin dekanı, jurnalist Anar Niftəliyevin həyat yoldaşı, tənqidçi Elnarə Tofiqqızının ölümünün ilkin səbəbini müəyyən edib.

AzNews.az-a daxil olan məlumata görə, ölümə ümumi kəskin tənəffüs çatışmazlığının səbəb olduğu təxmin edilir.

Artıq ilkin ekspertiza rəyi komisyon məhkəmə tibbi ekspertizasına təqdim edilib. Komisyon məhkəmə-tibb ekspertizası zamanı xəstənin tibbi sənədlərini, onun əvvəlki xəstəliklərinin olub-olmamaması, xəstəliklərlə bağlı mövcud vəziyyəti təhlil ediləcək. Bu ekspertiza nəticəsində xəstənin ölümündə həkim səhvinin olub-olmadığı müəyyən ediləcək. E.Tofiqqızında tənəffüs çatışmazlığının yaranmasına gətirib çıxaran səbəblər də komisyon məhkəmə ekspertiza zamanı aydınlaşdırılacaq. Bu ekspertizanın nəticələrinin bir ay ərzində məlum olacağı xəbər verilir.

Qeyd edək ki, E.Tofiqqızı "Medi Sina" klinikasında əməliyyata hazırlıq vaxtı dünyasını dəyişib. Xəstənin ölümü ilə bağlı araşdırma aparılması üçün mərhumun həyat yoldaşı A.Niftəliyev prezident İlham Əliyevə, Səhiyyə Nazirliyinə rəsmi şəkildə müraciət edib. İlkin tippi eksrpertizanın rəyinə görə, o, həkim səhlənkarlığı ucbatından dünyasını dəyişib. Çünki E.Tofiqqızı əməliyyata girənə qədər heç bir ciddi xəstəliyi olmayıb.

Məlumat üçün bildirək ki, oktyabrın 30-da Elnarə Tofiqqızının 40 mərasimidir.

Tarix
2013.10.29 / 16:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla