Yuxarı

Azərbaycanda 250 min manatlıq saat taxan kimdir?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Topqapı sarayında xanımların taxdığı zinət əşyaları indi də Avropanı fəth edir.

Məşhur ləl-cəvahirat firması "Çopard" yeni Osmanlı kolleksiyası hazırlayır.

Firmanın başçısı Karolina Şeyfel "2014 Kann Film Festivalı" üçün hazırladığı Osmanlı kolleksiyasında heyran qaldığı motivlərə də yer verəcək.

Hollivud ulduzları və məşhur adamların markası olan "Çopard", Osmanlı motivlərini Kann Film Festivalında nümayiş etdirəcək.

O bunun üçün hətta Topqapı sarayını ziyarət etdi

Karolina Şeyfel ziyarət etdiyi Topqapı Sarayını çox bəyəndiyini və zövq aldığını söyləyib. Xüsusi ilə çiçək motivləri və firuzəyi rənginin onu ovsunladığını ifadə edən Şeyfel 1998-ci ildən bəri Kann Film Festivalına sponsorluq etdiklərini, hər il "Qırmızı xalı" kolleksiyası hazırladıqlarını, 2014-cü il kolleksiyasında Osmanlı motivlərindən də istifadə edəcəklərini bildirib. Eyni zamanda markanın dizayn qrupuna başçılıq edən Şeyfel Türkiyədə 30 il fəaliyyət göstərdiklərini, xüsusən saat və ləl-cəvahiratda yaxşı biznes qura bildiklərindən danışıb.

Türkiyədə 25 min dollarlıq saata müştərilər var

Şeyfel Türkiyədə "Çopard" markasının saatlarını 5 min dollardan, ləl-cəvahiratı isə 1500 min dollardan başlayaraq satışa çıxardığını söyləyib. "Biz burada 250 min dollarlıq saatları, 300 min dollarlıq ləl-cəvahiratı rahatlıqla satırıq".

Xatırladaq ki, Bill Klinton, Hillari Klinton, Putin, Helmut Kol, Angela Merkel, Monakonun şahzadəsi, Şarliz Teron, Uma Turman, Keyt Blanşet kimi məşhurlar bu markadan alış-veriş edirlər.

Yəqin ki, "Çopard" markasının Azərbaycandan olan müştəriləri də az deyil. Amma bu tip alış-verişləri gizlin etməyi sevən azərbaycanlılar haqqında məlumat almaq mümkün olmur.

Tarix
2013.11.06 / 00:46
Müəllif
Gülnarə Kərimova
Şərhlər
Digər xəbərlər

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla