Yuxarı

XİN-dən İranın raket ittihamına cavab

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Azərbaycanın İsraildən "Qabriel-5" raketlərinin alması ilə bağlı narahatlığını ifadə edib. "Fars" agentliyinin verdiyi məlumata görə, İran Hərbi Dəniz Qüvvələrinin komandanı Həyibullah Səyyari Azərbaycanın İsraildən Hərbi Dəniz Qüvvələrinin istifadəsi üçün nəzərdə tutulmuş raketlər almasını regionda sülhə və sabitliyə təhlükə kimi qiymətləndirib. O, həmçinin yaranmış vəziyyətlə bağlı təmsil etdiyi ölkənin monitorinq keçirdiyini və baş verə biləcək problemə biganə qalmayacağını bildirib.

Məsələ ilə bağlı Azərbacan Xairici İşlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayevin fikirlərini öyrəndik. XİN sözçüsü rəsmi Bakının mövqeyini belə ifadə etdi: "Azərbaycanın müdafiə imknalarının güclənməsi Xəzər dənizindəki ölkələrdən heç birinə qarşı yönəlməyib. Azərbaycan öz ordusunu hər zaman gücləndirəcəkdir, çünki ərazilərinin 20 faizi işığa olunub. Ordu Azərbaycan dövlətinin əsas institutlarından biridir və ordu quruculuğu dövlət quruculuğumuzun bir hissəsidir. Azərbaycan digər ölkələr kimi öz müdafiə potensialını hər zaman artırmaq hüququna malikdir və öz müdafiə potensialını artırmaqdadır. Azərbaycan üçün də həmişə Xəzərin təhlükəsizliyi önəmli olub və biz də Xəzərin təhlükəsizliyinə töhvə verən ölkələrdənik. Bundan başqa Xəzər dənizi ölkələri ilə də əməkdaşlığımza həmişə diqqət vermişik".

Tarix
2013.09.05 / 15:06
Müəllif
İlqar Vəliyev
Şərhlər
Digər xəbərlər

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna müvəffəq oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla