Yuxarı

İcra şöbəsinin rəisi icra üçün rüşvət istəyir – iddia - foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Binəqədi rayon Rəsulzadə qəsəbə sakini Namiq Şahmalı oğlu Rəhimlini redaksiyamıza qarşılaşdığı məmur özbaşınalığı gətirmişdi. O, "Axar.az"a söhbətində süründürməçilikdən bəhs etdi, Ədliyyə Nazirliyinin Binəqədi rayonu üzrə məhkəmə qərarlarının icra şöbəsi idarəsindən şikayətini bildirdi.

Məhkəməyə müraciət etdim

- Binəqədi rayon, Rəsulzadə qəsəbəsi Davudoğlu küçəsi 60 ünvanında anama məxsus mülkdə yaşayıram. Mülk ümumilikdə 0.6 ha torpaq sahəsindən ibarətdir. Həmin ərazidə qardaşımın keçmiş həyat yoldaşı Səlimova Fazilə Qəşəm qızı qeyri-qanuni, icazəsiz olaraq ev inşa edib. Bununla əlaqədar olaraq müxtəlif dövlət qurumlarına dəfələrlə müraciət etmişəm. Mübahisənin nəticəsi olaraq iş məhkəməyə qədər uzandı. Məhkəmə qərarından sonra bildirildi ki, qardaşımın keçmiş həyat yoldaşının həmin evdə gəlin olaraq yaşamaq ixtiyarı var. Və heç kim onların yaşamağına mane olmur. Sadəcə o qadın yaşadığı evdən əlavə olaraq həyətimizi zəbt edərək 3 mərtəbəli qeyri-qanuni tikili inşa edib. Bununla əlaqədar da məhkəməyə müraciət etdim".

İş öz icra həllini tapmayıb

- Bu xanım Rayon İcra Hakimiyyətində Alı Qocayevin vaxtında müəyyən yalanlarla, saxtakarlıqlarla tikilinin inşasına müvəffəq olmuşdu. Xaləddin İsgəndərov icra başçısı təyin olunduqdan sonra işi yenidən nəzarətə götürdü. Beləliklə, 26 dekabr 2008-ci ildə Binəqədi Rayon Məhkəməsində Həsənov Allahverən Məhərrəm oğlunun sədrliyi ilə işə yenidən baxıldı və xanıma verilən sənədlər ləğv edildi. Bundan sonra qarşı tərəfin apelyasiya şikayəti də təmin edilmədi. Ali Məhkəmənin hakimi Əli Rüstəmov qarşı tərəfin istəyinin əksinə 2(102) – 2567/ 13 saylı qərar qəbul etdi. Mübahisə 5 il yarımdan artıqdır davam edir. Apelasiya Məhkəməsinin qərarında göstərilir ki, qanunsuz tikilinin sökülməsi xərcləri qarşı tərəfin hesabına reallaşmalıdır. Amma bu vaxta qədər Məhkəmə Qərarlarının İcrası şöbəsi işi icra etməyib.

.İcra şöbəsinin rəisi məndən 2000 manat istədi

- Avqustun 14-də qarşı tərəfə rəsmi surətdə könüllü icra üçün 5 gün vaxt verildi ki, əgər tikili sökülməsə, məcburi qaydada söküntü işləri aparılacaq. Həmin vaxtdan da nə qədər keçib. İki dəfə Ədliyyə Nazirliyinin orqanlarına nəzarət şöbəsinin rəisi, general Xanlar Zeynalovun qəbulunda olmuşam. General maraqlandı, sənədlərlə, məhkəmə qərarları ilə tanış oldu və bildirdi ki, həmin tikili mütləq söküləcək. Bu iş Binəqədi Rayon Məhkəmə qərarlarının İcra İdarəsinin rəis əvəzi Emil Əhmədliyə tapşırıldı. Emil müəllim məndən məhkəmə qərarını icra etməsi üçün 2000 manat "şirinlik" istədi. İcraçı Qədir Mikayılovla görüşdüm. Söküntü onun icraatındadır. Bu işi niyə görməmələrinin səbəbini soruşdum. Bildirdi ki, hər şey idarənin rəisindən asılıdır. Mən hətta ərizə vermişəm ki, sökülmənin bütün xərclərini özüm ödəməyə hazıram. Yetər ki, həmin qanunsuz tikili sökülsün. Ədliyyə Nazirliyinin nəzdində Ekspertiza İnstitutu var. Həmin idarədən mənə bildirildi ki, ev sökülərkən sizin evə zərər dəyə bilər. Mən isə bildirdim ki, hər şeyi nəzərə almışam, yazılı surətdə buna hazır olduğumu da yazdım. Bundan sonra həmin qurum rəy verdi ki, tikili sökülsün. Ayın 19-u generalın göstərişinə əsasən xüsusi qrup gətirildi. Mən isə öz öhdəliyimdə bütün dağıdıcı texnikanı gətirmişdim".

Nazirin kuratoru üçün müsəlmançılıq əsasdır

- Hadisə yerinə gələn kurator Rəsul müəllim mənə dedi ki, bu evi niyə sökdürürsünüz, müsəlmançılıqdır, lazım deyil. Sonradan bilmişəm ki, burada qeyri-qanuni anlaşma var. Mən 3-cü dəfə Xanlar müəllimin qəbuluna getməyə hazırlaşıram. Qeyd edim ki, biz dörd qardaş, bir bacıyıq. Biz varislikdə ola-ola bizim payımıza düşən ərazi sonradan gələn xanımın payından çox-çox azdır.

İcra məmuru təkzib edir

Məhkəmə qərarlarının Binəqədi rayon icra şöbəsinin icra məmuru, I dərəcəli ədliyyə məmuru Qədir Mikayılovla əlaqə saxladıq. O, deyilənlərin hamısını təkzib etdi: "Biz Binəqədi rayon mənzil kommunal təsərrüfat birliyinin mütxəssisini cəlb etmişik ki, qərar versin, görək, binanı sökəndə qonşu binalara zərər toxunmayacaq ki? Bundan sonra da söküntü işinə başlanacaq".

Xatırladaq ki, Ədliyyə Nazirliyinin Ekspertiza İnstitutunun rəyinə görə, söküntü zamanı heç bir qonşu binaya zərərin toxunmayacağından da bəhs olunur.

Ədliyyə məmuru, bu məsələnin həlli üçün rəisi tərəfindən 2.000 manatın da şirinlik adı ilə istənilməsinə münasibət bildirdi: "Mən buna inanmıram".

Tarix
2013.10.24 / 16:40
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla