Yuxarı

DAK Urmiya gölü ilə bağlı kəskin bəyanat yaydı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney Azərbaycanda dünyanın ikinci ən duzlu gölü olan Urmiya gölünün quruması prosesi hələ də davam edir. Bununla bağlı İran ərazisində, eləcə də ölkədən kənarda, həmçinin Bakı şəhərində İran səfirliyinin qarşısında dəfələrlə etiraz aksiyası keçirilsə də, bütün bu etirazlara baxmayaraq, İran hökuməti ciddi tədbir görməyib. Bununla bağlı olaraq Dünya Azərbaycanlıları Konqresinin Mətbuat Xidməti bəyanat yayıb. Bəyanatda deyilir:

"Güney Azərbaycanın təbii tarazlığını qoruyan Urmiya gölü son illərdə İran rejiminin apardığı məqsədyönlü siyasət nəticəsində quruma təhlükəsilə qarşı-qarşıya qalıb. Mütəxəssislər də ciddi tədbirlər görülməyəcəyi təqdirdə gölün 6-7 il ərzində yer üzündən silinəcəyi barədə xəbərdarlıq edirlər. Bu da ərazinin tamamilə səhraya çevrilməsinə və müxtəlif problemlərin yaranmasına gətirib çıxaracaq".

Daha sonra bəyanatda gölün quruyacağı halda yaranacaq təbii fəlakətlərdən danışılır və qeyd olunur:

"Bunda isə əsas məqsəd əslində Azərbaycan türklərinin öz dədə-baba və tarixi torpaqlarını tərk etməsi marağıdır. Bu proses isə sürətlə olmasa da, artıq yavaş-yavaş baş verməkdədir. Biz DAK olaraq əvvəllər də Urmiya gölündəki ekoloji fəlakətin aradan qaldırılmayacağı təqdirdə çox ağır fəsadlar törədəcəyini bəyan etmişdik və bununla bağlı öz etirazımızı müxtəlif formalarda bildirmişik. Bir daha İran rejimini Urmiya gölünü xilas etmək üçün lazımi addımlar atmağa, eyni zamanda BMT başda olmaqla bütün beynəlxalq təşkilatları belə bir böyük ekoloji fəlakətəə biganə qalmamağa çağırırıq".

Tarix
2013.10.24 / 16:22
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla