Yuxarı

Bəşər Əsəddən kürdlərə muxtariyyət təklifi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Kürdlərin hüquqlarının təminatçısı Bəşər Əsəddir"

Suriyaya beynəlxalq müdaxilə müzakirələri davam edərkən Əsəd rəhbərliyi kürdlərin dəstəyini almaq üçün yeni bir manevr edib. Kürd parlamentarlar üzərindən mesaj göndərən Bəşər Əsəd kürdlərlə heç bir şərtsiz masaya oturmağa və muxtariyyət verməyə hazır olduğunu söyləyib. Demokratik Birlik Partiyası (bu partiya həm də PKK-nın Suriyada əsas sözçüsüdür) xaricində 15 təşkilat və qrupu tərkibində saxlayan Suriya Kürdləri Milli Məclisinin Suriya Milli Muxalifətinə qatılması isə kürdlər arasında mübahisə yaradıb. Türkiyə ilə daha isti əlaqənin axtarışında olan DBP-nin həmsədri Saleh Müslim isə, "Ankarada büro aça bilərik", - deyib. Suriyanın şimalında Əl-Qaidə ilə əlaqəli İslami qruplarla DBP arasında qarşıdurmaların şiddətlənəcəyi təqdirdə bir quru hərəkatına qarşı Suriyalı kürdlərin dəstəyini almağı qarşısına məqsəd qoyan Əsəd, Suriya parlamentinin kürd üzvləri İmer İSO və Pərvin İbrahim vasitəsilə mesaj göndərib. Şimali İraqda yayımlanan "Rudav TV"yə danışan İSO, Əsədin kürdlərin bütün haqqını verməyə hazır olduğunu və şərtsiz masaya oturma təklifi etdiyini söyləyib. İso, "Kürdlərin hüquqlarının təminatçısı Bəşər Əsəddir", - deyib.

Tarix
2013.09.09 / 11:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla