Yuxarı

“Azəryol”dan “erməni bayrağı” ittihamına cavab gəldi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azəryol" voleybol klubunun formasındakı rəng qalmaqala səbəb olub. "1news.az" saytı "Azəryol"un formasında Ermənistan bayrağının həkk olunduğunu bildirib və buna görə klubu kəskin tənqid edib.

Kluba qarşı yönəlmiş ittihama cavab olaraq "Azəryol"un nümayəndəsi Zöhrab Gözəlbəyli "Axar.az"a münasibət bildirib:

"Tamamilə əsassız ittihamdır. Burda rənglər arasında fərq var, üstəlik bizim formamızda beş rəng var və sonuncu rəng boz rəngdir. Yəni bu, mənasız söhbətlərdir. Jurnalistlər sensasiya xatirinə belə mənasız məsələləri gündəmə gətirirlər. Onlar "Azəryol"un uğurları haqda məlumat vermirlər, amma belə mənasız söhbətlərə qaçırlar. "Azəryol" Azərbaycan voleybolunun inkişafı uğrunda çalışır və bizi bədnam düşmənlərimizə bənzətmək əsassızdır".

Tarix
2013.11.05 / 12:33
Müəllif
İlqar Vəliyev
Şərhlər
Digər xəbərlər

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla