Yuxarı

Putinlə Əsəd gizlicə razılaşıb - iddia

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin NTV kanalının məlumatına görə, Suriyanın kimyəvi silahlarını beynəlxalq nəzarətə götürən Rusiya planının qəbul edilməsinin arxasında gizli Rusiya-Suriya razılaşması var. İddiaya görə, kimyəvi silahlara qarşılıq Rusiya Suriyaya adi silahlar göndərməyə başlayıb.

Axar.az xəbər verir ki, İsrail televiziyası "Channel 2" Suriya Prezidenti Bəşər Əsədin kimyəvi silahlarına nəzarətin qoyulmasının qarşılığında Rusiydan daha çox silah və sursat alacağını iddia eedib. Xəbərə görə, Suriyadakı Əsəd rejimi əlindəki kimyəvi silahları beynəlxalq nəzarətə verməklə həm ABŞ-ın ehtimal olunan müdaxiləsinin qarşısını alacaq, həm də Rusiyadan yeni döyüş təyyarələri və hərbi sursat almaqla müxalifəti məğlub edəcək. Rusiyada olan Suriya Xarici İşlər naziri Valid Müəllimin yeni silahların alış-verişi üçün Rusiya ilə bazarlıqları davam etdirdiyi də iddialar sırasındadır.

Qaradənizdən aparılan silah alış-verişi

Əsədin müxaliflərə qarşı istifadə etməyi planlaşdırdığı rus silahlarının bir qisminin Novorossisk limanından yola çıxdığı bildirilir. İki ildir müxaliflərə qarşı döyüşən Əsəd rejiminin döyüş təyyarəsi baxımından çətinlik çəkdiyi, tanklarının əksəriyyətinin yararsız hala düşdüyü də xəbər verilir.

Tarix
2013.09.11 / 14:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla