Yuxarı

Suriya Türkiyəni terrora dəstəkdə suçladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə mətbuatının xəbərinə görə, Moskvada rəsmi səfərdə olan Suriya Xarici İşlər naziri Valid Müəllim Rusiyanın kimyəvi silahların beynəlxalq nəzarətə götürülməsi ilə əlaqədar təklifini qəbul etdiklərini açıqlayıb.

Axar.az xəbər verir ki, Rusiyada Duma rəhbəri Sergey Narışkinlə görüşündə açıqlama verən Müəllim, "Rusiya Xarici İşlər naziri Sergey Lavrovla çox məhsuldar görüş keçirdik. O, bizə kimyəvi silahlarla bağlı təklif etdi. Biz də axşama doğru bu təklifi qəbul etdik", - deyib.

Şimali Qafqazdan gələn terrorçular

Türkiyədə terrorçuların silahlandırıldığı və təlim verildiyini iddia edən Müəllim deyib ki, bunların arasında Çeçenistan və Şimali Qafqazdan gələn terrorçular var, Türkiyə 83 ölkədən gələn terrorçuların təliminə köməklik edir. Türkiyə ilə Suriya arasındakı tarixi dostluq münasibətlərinə rəğmən, Türkiyə qarşı tərəfdə yer alır və düşmən mövqeyi bəsləyir.

ABŞ-dan Əsədə bir həftə vaxt

İngilis mətbuatının yazdığına görə, ABŞ Suriya prezidenti Bəşər Əsədə kimyəvi silahları təslim etmək üçün cəmi bir həftə vaxt verib, yoxsa hücuma hazır olmağı məsləhət bilib.

Rusiyanın təklifinə dəstək

Rusiyanın Suriyadakı kimyəvi silahlara beynəlxalq nəzarət edilməsi təklifinə Avropa Birliyindən də dəstək gəlib.

Xatırladaq ki, Suriyada kimyəvi silahların beynəlxalq nəzarətə götürülməsi ilə bağlı təklif 5-6 sentyabrda Sankt-Peterburda baş tutan G20 zirvə toplantısında ABŞ prezidenti Barak Obama ilə Rusiya prezidenti Vladimir Putin arasında müzakirə edilib.

Bu təklifin Rusiyada müzakirə edildiyi bəlli olsa da, təklifin hansı tərəfdən gəldiyi barədə heç bir məlumat yoxdur.

Tarix
2013.09.10 / 18:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İranlı mollalar özlərini ifşa etdi, Əliyevi təsdiqlədilər!

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başladı

Əliyevlə Şoltsun təkbətək görüşü oldu

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla