Yuxarı

Cahangir Məmmədli: “Mir Şahin, Anar Nəcəfli...”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün telejurnalistlərin bayramıdır

Bu gün Azərbaycanda radio və telejurnalistlərin peşə bayramıdır. 1926-cı il noyabrın 6-da radionun yaranması ilə efir məkanımıza səs gəlib...

Müasir dünyanı xəbərsiz, mediasız təsəvvür etmək mümkün deyil. Dünya indi bir jurnalistin barmaqlarından axan xəbərlə sarsıla, yaxud da sevinə bilir. Jurnalistika cəmiyyətin vicdanını oyatmağa və silkələməyə, eyni zamanda, zədələməyə qadir bir peşədir.

Bəs Azərbaycanda jurnalist kimi fəaliyyət göstərənlər necə, onlar bu işin öhdəsindən gələ bilirmi? Jurnalistlərimiz nə qədər bu toplumun vicdanına xitab edə bilir?

Azərbaycanda çox az sayda bəyəniləcək aparıcı var

BDU-nun Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, prof. Cahangir Məmmədli fikrincə, mediamızda hələ də dəqiqlik, qərəzsizlilik və ədalət prinsiplərinə riayət olunmur. Amma jurnalistlərin gücünə inandığını deyən müsahibimiz bildirdi ki, ölkədə fəaliyyət göstərən jurnalistlər istəklərinə nail olmaq gücündədir:

"Ölkədə medianın vəziyyətində inkişaf var. Artıq kütləvi informasiya vasitələrinin tam sistemi yaradılıb. Radio, televiziya, yeni olan internet mediasında irəliləyişlər müşahidə olunur. Baxmayaraq ki, internet mediası ölkədə yeni yaranıb, amma formalaşması surətlidir".

C.Məmmədlinin fikirlərinə görə, mediamızda tənqid və təriflər üçün kifayət qədər yer ayrılıb və jurnalistin söz azadlığı qanunla tənzimlənir. Professor aparıcılarla bağlı isə bu fikirdədir: "Azərbaycan televiziya məkanında çox az aparıcı var ki, onları bəyənmək mümkündür. Bəzən aparıcılar veriliş zamanı çox sərbəstlik edir, tamaşaçıya qarşı hörmətsizlik sərgiləyirlər. Jurnalistikamızda ən böyük boşluq analitik təhlillərin az olmasındadır. Məncə, bizim bu cür verilişlərə ehtiyacımız var. Mənim üçün Azərbaycan televiziyasında ən ideal aparıcı Mir Şahin (ANS), Fizuli Məcidli (İTV) və Anar Nəcəflidir (Xəzər TV). Mən bu üç aparıcını çox bəyənirəm. Onları izlədikdə inanıram ki, artıq peşəkarlar formalaşır. Əgər telekanalların sayı bir az da çox olsa, onda rəqabət artacaq və bu da müsbət dəyişikliklərə səbəb ola bilər".

Azad düşüncəli jurnalistlərimiz çox azdır

"Jurnalistikanın İnkişafına Yardım" fondunun sədri, jurnalist, telemütəxəsis, filologiya elmləri doktoru Qulu Məhərrəmlinin fikirləri də demək olar ki, Cahangir Məmmədlinin fikirləri ilə üst-üstə düşdü.

"Bu gün ölkədə jurnalistikanın keçid dövrüdür. Jurnalistikamız tam gücü ilə fəaliyyət göstərə bilmir. Bizdə təhlillər, araşdırma tipli yazılarda qıtlıq müşahidə olunur. Mətbuatda ciddi problemlərin olmasını danmaq olmaz. Amma buna baxmayaraq, son illər peşəkar jurnalistlərin sayında artım müşahidə olunur. Biz fəxr etməliyik ki, parlaq qələm sahiblərimiz var.

Bu gün jurnalistlərə kifayət qədər söz azadlığı verilsə də, onlarda düşüncə azadlığı çox zəifdir. Hətta düşündüyünü yaza bilməyənlər, ya da nədənsə çəkinənlər var. Televiziya aparıcılarına gəlincə... o qədər uğursuz aparıcılar var ki, onların adlarını açıqlamaq üçün gərək bir proqram təşkil edək. 1990-cı illərin əvvəllərindəkilərlə indiki aparıcıları müqayisə etsək, onlar arasında olan fərqi aydın görərik. İndi kimi gəldi, aparıcı edirlər".

Xəbərlər TV və ya sayt rəhbərliyinin maraqlarına görə dəyişir

Zeynal Məmmədli isə mətbuat orqanlarının hər birində müəyyən çatışmazlıqların olduğunu bildirdi. O, xəbərlərin TV və ya internet saytlarının rəhbərliyinin maraqlara görə dəyişdiyini iddia edir:

"Nə qədər ki, media orqanlarının rəhbərləri müəyyən siyasi tərəfləri təmsil edəcək, o qədər də yayılan xəbərlərdə qərəzlilik müşahidə olunacaq. Bəzən yazılarda fikirlər ciddi redaktə edilir. Belə olan halda jurnalist və onun söz azadlığından söz gedə bilməz".

Redaksiyadan: Həmkarlarımızı peşə bayramı münasibəti ilə təbrik edirik.

Tarix
2013.11.06 / 15:58
Müəllif
Fatimə İbrahimova
Şərhlər
Digər xəbərlər

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla