Yuxarı

Mustafa Hacıbəyli Rəsul Quliyevi təhqir elədi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Arif Hacılı - məhdud ağılı olan şəratan"

Sabiq ACP lideri və spiker Rəsul Quliyevin mətbuata müsahibəsində Müsavat və AXCP-də sədr dəyişikliyinin vacibliyini bildirməsi və seçkini uduzan partiya liderlərini siyasi mədəniyyətsizlikdə suçlaması birmənalı qarşılanmayıb.

R.Quliyev Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının və qardaşlarının ünvanına da aşağılayıcı fikirlər səsləndirib. Müsavat başqanlığına Arif Hacılının gəlməsi məsələsinə toxunan eks-spiker, "Bütün aspektlərdə natamam adam olan belə birisini özünə sədr seçən istənilən təşkilatın axırı yoxdur. İsa Qəmbərin siyasətindən xoşum gəlməməsinə baxmayaraq, həqiqət naminə bu iki adamı müqayisə etmək ona təhqir olardı. İntellektual baxımından, məsələləri özünün xeyrinə olsa belə analiz etmək qabiliyyətinə görə müqayisəolunmaz səviyyədə üstün olan İsa Qəmbəri elə birisi ilə əvəz etməkdənsə, o, qalıb işləsə yaxşıdır. Özünün məhdud ağlının çərçivəsindən çıxa bilməyən və partiya üzvlərini də bu çərçivəyə salmaq istəyəcək bir şəxsi necə sədr seçmək olar? Bu qardaşlar bir dəstədir. Hamısı eyni səviyyədə ona-buna şər atmaqla məşğuldurlar. Nə qədər ki, bu formatda olan insanlar Müsavat Partiyasını ailə podratına çevirib hədyanlar yazacaq, bir o qədər də partiyalarını hörmətdən salacaqlar".

"Rəsul Quliyev - ağlını itirmiş qoca"

Bu ittihama Müsavat başqanının müşaviri, Arif Hacılının qardaşı Mustafa Hacıbəylinin cavabı gecikməyib. O, "Yeni Müsavat"a açıqlamasında R.Quliyevi ağılını itirmiş qoca adlandırıb: "İnsanların bir qismi qocalanda müdrikləşir, bəzi hissəsi isə qocalanda ağlını itirir. Məndə yaranan təəssürat budur ki, Rəsul Quliyev ağılını itirib. Çünki Rəsul Quliyevin dediklərində, ittihamlarında heç bir məna, mahiyyət kəsb edilmir. Tapmaq mümkün deyil ki, Rəsul Quliyevin təkrar-təkrar müxalifət düşərgəsində müxtəlif adamlara, o cümlədən bizə hücumlarının səbəbi nədir. Əgər Rəsul Quliyev müxalifət əleyhinə bu qədər çıxış edirsə, bəs onda Milli Şuradan niyə çıxmır, əksinə, Milli Şurada qalmağın yollarını axtarır? O, ACP-dən istefa verdi, amma Milli Şuradan istefa vermədi".

"O, cavanlığında da səviyyəsiz olub"

M.Hacıbəyli R.Quliyevin heç cavanlıqda da səviyyəli adam olmadığını söyləyib: "Rəsul Quliyev Açıq Cəmiyyət Partiyasını yaradarkən, ona sual vermişdilər ki, partiyanı Soros Fondu maliyyələşdirəcək? Rəsul Quliyev cavab verdi ki, mən Soros Fondunun adının Açıq Cəmiyyət İnstitutu olduğunu bilmirdim. Yəni, bu, həmişədən səviyyəsiz adam olub. İndi də görünür, qocaldığı üçün bir az da ağlını itirib. Hər halda çox maraqlıdır ki, uzun müddətdir Rəsul Quliyev fəallaşıb, amma bir dəfə də olsun hakimiyyətin əleyhinə danışmır. 2008-ci il prezident seçkilərində Rəsul Quliyevin partiyası rəsmi qərarla İlham Əliyevi müdafiə eləmişdi. Buna baxmayaraq, biz Rəsul Quliyevin 2013-cü il prezident seçkilərində Milli Şuraya gəlməsinə etiraz etmədik. Amma göründü ki, bu adam düzələn deyil, bütün seçki dövründə Milli Şuraya, onun namizədi Cəmil Həsənliyə qarşı təbliğat apardı. Hətta seçkinin nəticələrinin legitim olduğunu dilə gətirdi".

Tarix
2013.11.07 / 01:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla