Yuxarı

“Azadlıq” Eynulla Fətullayevin açdığı davaya cavab verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Jurnalist Eynulla Fətullayev "Azadlıq" qəzetini məhkəməyə verir. Fətullayev sahibi olduğu "Virtualaz.org" saytına açıqlamasında "Azadlıq" qəzetini onun adından yalan yazı yazmaqda ittiham edib və qəzeti məhkəməyə verəcəyini bildirib.

"Azadlıq qəzeti"nin siyasi məsələlər üzrə şöbə müdiri Seymur Həzi "Axar.az"a açıqlamasında Fətullayevin ittihamlarının qeyri-ciddi olduğunu bildirdi:

"Bu absurddur. Eynulla Fətullayev gedib baxsın, görsün, nəyə istinad edib. Burda heç bir müəlliflik mövqeyindən çıxış edilməyib. Başqa mətbuat orqanlarından məlumatlar toplanılıb sadəcə. Məhkəməyə verməsi də çox məntiqsizdir, çünki biz hansısa müəlliflik iddiası ilə çıxış etməmişik. Xəbəri kim yazıbsa, gedib ondan hesab istəsin. Biz sadəcə bir-birini ittiham edən tərəflərin fikirlərinə yer vermişik".

Xatırladaq ki, jurnalist "Azadlıq"ı məhkəməyə verməsinin səbəbi kimi qəzetin "Haqqın.az" saytının daimi yazarı Rauf Kərimlinin məqaləsində istifadə olunan adi "Məmmədovlar və Həsənovlar" ibarəsini guya E.Fətullayevin adından Prezident Administrasiyasının şöbə müdirləri Əli Həsənov və Novruz Məmmədova qarşı ittiham kimi qələmə verib.

Tarix
2013.11.07 / 15:46
Müəllif
İlqar Vəliyev
Şərhlər
Digər xəbərlər

Əliyev və Şolts mətbuat konfransı keçirirlər

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başa çatdı

İranlı mollalar özlərini ifşa etdi, Əliyevi təsdiqlədilər!

Əliyevlə Şoltsun təkbətək görüşü oldu

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla