Yuxarı

Ərdoğan aeroportdan birbaşa stadiona gedib

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş nazir Ərdoğan UEFA Avropa Liqası "J" Qrupunda "Trabzonspor" ilə "Legia Varşava" arasında oynanan matçı stadiondan izləyib və matçı 2-0 qələbə ilə başa vuran "Trabzonspor"lu futbolçuları və texniki heyəti təbrik edib.

"Axar.az"ın xəbərinə görə, İsveçə rəsmi səfərindən sonra gecə Polşanın paytaxtı Varşavaya gələn Ərdoğan birbaşa olaraq matçın oynandığı stadiona gedib. Matçın son dəqiqələrini tribunada izləyən Ərdoğan və onunla birlikdə gələn heyət "Trabzonspor"un 2-0 qələbəsindən sonra soyunma otağına düşüb.

Burada futbolçuları və texniki heyəti tək-tək təbrik edən Ərdoğan: "Bu axşam bizim və ölkəmizin üzünü güldürdünüz, sizlərlə qürur duyuruq",- deyib.

Ərdoğandan sonra nazirlər də futbolçuları və texniki heyəti təbrik edib.

Stadiondan çıxarkən də qısa açıqlama edən Ərdoğan "Trabzonspor"un UEFA Avropa Liqasında qrupdan çıxma təhlükəsini arxada qoyduğunu bildirərək, "Varşavaya enəndə vəziyyət 0-0 idi, stadiona gələnə qədər hesab 2-0 oldu", - deyib.

Tarix
2013.11.08 / 09:49
Müəllif
Nilüfər Muğantürk
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla