Yuxarı

Rəsul Quliyev yenə partiya yaradır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabiq spiker Rəsul Quliyev ACP-dən istefa verdikdən sonra onun yeni hərəkat, yaxud partiya yaradacağı haqqında informasiyalar yayıldı.

Bakıdakı tərəfdarları da sabiq spikerin bu addımını onun daha geniş fəaliyyət qurmaq məqsədi ilə əlaqələndirirdi. Təbii ki, burda ACP daxilində yaranmış vəziyyət və seçki sonrası situasiya da olmamış deyildi. İndi ən çox gözlənti Amerikada yaşayan sabiq spikerin öz ətrafını genişləndirməsi və Azərbaycanın siyasi həyatına yeni imiclə daxil olmasıdır.

Rəsul Quliyev "Publika.az"a eksklüziv açıqlamasında bu barədə danışıb. O, bildirib ki, bundan sonra Azərbaycanda seçki şəraitini yaratmaq uğrunda mübarizəsini davam etdirəcək: "Mübarizəmi də sözsüz ki, xarici ölkələr, beynəlxalq təşkilatlarla əlaqədar olaraq aparacam. Çünki Azərbaycanın daxilində bu işləri görmək imkanım yoxdur. Ona görə də bu prosesi xaricdə beynəlxalq təşkilatlarla, böyük dövlətlər davam etdirəcəm ki, Azərbaycana azad seçkilər keçirmək şəraiti yaratmaq üçün təzyiq göstərsinlər".

Yeni siyasi təşkilatın yaradılmasına gəlincə, indiki şəraitdə heç bir hərəkata, partiyaya dəstək verməyəcəyini açıqlayıb."Məsələ belədir ki, Azərbaycanda əgər yeni qüvvələr ortaya çıxmasa, yeni söz deyən, doğrudan da dəyişikliyə nail olmaq üçün real hərəkat, partiya yaradılmasa, indiki şəraitdə mövcud olan partiyalara, qurumlara heç bir dəstək verməyəcəm",- deyə sabiq spiker bildirib.

Tarix
2013.11.08 / 11:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla