Yuxarı

Kollec direktoruna cinayət işi açıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Dövlət Sosial İqtisad Kollecinin vəzifəli şəxsləri barəsində olan cinayət işi baxılması üçün məhkəməyə göndərilib. Bu barədə Respublika Prokurorluğundan məlumat verilib.

Məlumata görə, təhsil müəssisəsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb. Cinayət işi materialında Kollecin direktoru Mübariz Mahmudov başda olmaqla, qiyabi şöbənin müdiri İlqar Əzizov, həmin şöbənin sabiq müdiri Əlixan Ağamirzəyev, şöbənin metodisti Şahin Mirzəmətov və sürücüsü Rafiq Yunusovun adı hallanır.

Belə ki, direktor adı çəkilən digər şəxslərlə qabaqcadan əlbir olaraq xidməti vəzifəsinin icrası ilə əlaqədar kollecin tələbələrindən onlara xidmət üzrə ümumi himayədarlıq edilməsi müqabilində 94 min 340 manat məbləğində rüşvət alıblar. Bundan başqa, direktor öz qulluq mövqeyindən istifadə etməklə işçilərə veriləcək əmək haqqını nağdlaşdırıb götürməklə 6 min manat məbləğində pulu mənimsəyib. Direktor daha bir əlbir cinayətdə də günahkar bilinib.

Belə ki, M.Mahmudovun "Turan X" MMC-nin direktoru Əliqulu Sadıqovla birlikdə onlara etibar edilmiş 20 min manat dəyərində əmlakı mənimsəmə və israf etmə yolu ilə talamada, habelə kollecin baş mühasibi İranə Quliyeva ilə birlikdə 3 min manat məbləğində xeyli miqdar təşkil edən vergiləri ödəməkdən yayınmaqla yanaşı, tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməkdə də şübhəli sayılır. Mübariz Mahmudova Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə), 213.1 (vergi ödəməkdən yayınma), 311.3.1, 311.3.3, 311.3.4 (rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı), İlqar Əzizov, Şahin Mirzəmətov və Əlixan Ağamirzəyevə həmin məcəllənin 311.3.1, 311.3.3, 311.3.4-cü, Rafiq Yunusova 32.5, 311.3.1-ci, Əliqulu Sadıqova 179.3.2 və 313-cü, İranə Quliyevaya isə 213.1 və 313-cü maddələrində nəzərdə tutulan ittiham elan edilib.
Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Tarix
2013.11.08 / 14:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla