Moldova səfiri Rusiya XİN-ə çağırıldı
18:12
Ana səhifə Planet |
İraqın baş naziri Nuri Əl-Maliki bir ilkə imza atıb. Sosial paylaşım saytı "feysbuk"da Rusiyanın göndərdiyi helikopterlərin İraqa çatdığını yazaraq, fotolarını paylaşıb.
Maliki "feysbuk" səhifəsindən verdiyi açıqlamada Rusiyanın göndərdiyi ilk dörd "Mi-35" tipli helikopterin Um-Qəsrəyə endiyini bildirib.
Rusiya xəbər agentliyi "Ria Novosti"nin verdiyi məlumata görə, İraq Müdafiə naziri Sadun Əl-Dəlimi İraqa çatan helikopterlər üçün silahların aylar əvvəl alındığını deyib.
Rusiya istehsalı olan helikopterlərdən İraq sərhəd təhlükəsizliyində və terrorçularla mübarizədə istifadə edəcəyi bildirilib.
Xatırladaq ki, Rusiya və İraq arasında 4.3 milyard dollarlıq müqavilə 2012-ci ildə imzalanıb.
Tarix
2013.11.08 / 16:28
|
Müəllif
Vüsal Tağı
|