Yuxarı

Azərbaycan Rusiya və Türkiyəyə müraciət etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Baş prokurorunun vəzifəsini icra edən Rüstəm Usubov 14 yaşlı Rövşən Kazımovun noyabrın 1-də Zelenoqradda ictimai nəqliyyatda vətəndaşların gözü qarşısında təhqir olunması və ona qarşı zor tətbiq edilməklə ağır bədən xəsarətləri yetirilməsi, həmçinin noyabrın 7-də Türkiyənin Balıkesir şəhərinin Erdek rayonunda 49 yaşlı Səidə Eyvazovanın bıçaqlanaraq öldürülməsi faktları ilə əlaqədar Rusiya Federasiyasının və Türkiyə Respublikasının Baş prokurorlarına müraciət edib.

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, R.Usubov müraciətlərində həmin şəxslərə qarşı yol verilmiş qanunazidd hərəkətləri qəti şəkildə pisləyib, bu hərəkətlərin ictimaiyyət arasında geniş rezonans doğurmasını həmkarlarının diqqətinə çatdırıb. Bundan başqa qanunun aliliyinin təmin edilməklə başlanmış cinayət işlərinin istintaqının şəxsi nəzarətlərinə götürülməklə cinayət-prosessual qanunvericiliyin və beynəlxalq hüquq normalarının tələblərinə uyğun olaraq obyektiv və ədalətli şəkildə aparılması, həmçinin cinayəti törətmiş şəxslərin tam dairəsinin müəyyənləşdirilməklə onların cinayət məsuliyyətinə cəlb olunmaları müraciətlərdə xüsusi olaraq vurğulanıb.

Tarix
2013.11.08 / 17:45
Müəllif
0
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdamda Şahbulaq qalasında...

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla