Yuxarı

Faiq Ağayev “Allah qarğa deyil” dedi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Faiq Ağayev "Facebook" sosial şəbəkəsində paylaşdığı status böyük marağa səbəb olub. Müğənninin qənaətinə görə, insanların var-dövlətini, həyatını talan eləyənləri bir gün Allah mütləq cəzalandırır. Xalq artistinin statusunu olduğu kimi sizə təqdim edirik:

"Hərənin cəzası layiq olduğu vaxt verilir. Allah (əstəğfurullah!) qarğa deyil, gəlib, göz çıxartsın. Sovet vaxtından bəri camaatın evini, var-dövlətini, həyatını talan eləyən birinin, gün gəlir, qolu-qıçı sınır.
Sevinmək-nainsaflıq olar. Amma ilahi ədaləti görəndə, kainatda tarazlığın olduğunu bir daha anlayırsan.
Allah bilən məsləhətdir".

Nədənsə xalq artisti az öncə paylaşdığı statusun ardından daha bir status yazaraq KİV-nin nümayəndələrini, onun sosial şəbəkədə paylaşımlarını xəbər halına gətirib təhrif etməkdə suçlayıb. Ağayev daha əvvəl paylaşdığı statusun konkret olaraq heç kimə şamil olmadığını bildirib.

Bu arada yayılan məlumatlara görə, Xalq artsiti Flora Kərimova avtomobil qəzasına düşərək xəsarət alıb. Hal şahidlərinin sözünə görə xalq artistinin qolu qırılıb. Onu da qeyd edək ki, Faiq Ağayevlə Flora Kərimova arasındakı gərginlik uzun illərdi davam edir və tərəflər vaxtaşırı bir-birinə qarşı ağır ittiham səsləndirirlər.

Tarix
2013.09.09 / 10:20
Müəllif
İlqar Vəliyev
Şərhlər
Digər xəbərlər

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla