Yuxarı

Zahid Oruc partiya yaradır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Partiya yaratmaq üçün gərəkən resurslar, böyük maliyyə əsasları, həmçinin də bir başqa mənada ölkənin siyasi həyatının dərindən təhlili və formalaşacaq təşkilatın hansı xətti seçəcəyini müəyyənləşdirmək lazımdır".

Bu sözləri "Axar.az"a açıqlamasında millət vəkili Zahid Oruc partiya yaratması ilə bağlı yayılan fikirlərə aydınlıq gətirərkən deyib. Onun sözlərinə görə, partiya yaratması ilə bağlı məlumatların gündəmdə qalması ona sərf etmir, ancaq ətrafındakı insanların partiya yaratmaqla bağlı təklifləri var:

"Bu informasiyanın gündəmdə qalmağı müəyyən mənada mənə ziyan vurur. Çünki hansısa informasiyanı kimlərsə dövriyyəyə çıxarır və istəyirlər ki, bununla da özləri gündəmdə saxlayırlar. Faktiki olaraq, hazırki gerçəklikdə belə bir planım yoxdur. Amma onu da deməliyəm ki, ayrı-ayrı insanlardan, bizi tanıyan çevrələrdən, o cümlədən seçki komandamızın sırasından bu partiya quruculuğu və ya beyin mərkəzi, siyasi institut və təşkilat formalaşdırmağımla bağlı istəklər var. Bunu dəfələrlə mənə söyləyiblər. Hazırki gerçəklikdə sadaladığımız işləri görmək üçün təcrübəmin olmasına rəğmən atacağım addımları hesablamalıyam. Bu siyasi institutu və ya təşkilatı, beyin mərkəzini yaradandan sonra onu necə hərəkətə gətirmək və üstün bir formada imkanlarını sərgiləmək önəmli məsələdir".

Tarix
2013.11.09 / 12:41
Müəllif
Tural Qurbanlı
Şərhlər
Digər xəbərlər

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla