Yuxarı

“Tibiliso”nu tərk etmə

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bəyin oğurlanması" filmində məşhur bir səhnə var. Səməndər Rzayev camaata müraciətlə deyir ki, "Bu kino ki var, çox qəliz məsələdi: həm qəlizdir, həm də ki vacib".

Bəli, çox vacib. Xüsusən də kino sahəsinin müasir dövrdəki durumu, son illərdə çəkilən filmlər. Müasir dövrdə çəkilən filmlərdən yazmağa adam ehtiyat edir. Çünki ya 3-5 nəfər kino adamı oxuyacaq, ya da heç oxunmayacaq. "Kino zəif inkişaf edir", "baxmağa dəyməz", "yaxşı film çəkmirlər" və s. kimi fikirlər az səslənmir. Amma etiraf etmək lazımdır ki, son illərdə çəkilən filmlərdən çoxları xəbərsizdir. O filmlərdən biri də "Tibiliso" filmidir. Film "EL TV", "Nova Gorica Kino Mərkəzi, "Ssenari Mərkəzi"nin birgə lahiyəsidir.

Pul az, xərc çox

Filmin ssenari müəllifi İntiqam Hacılı söhbət zamanı büdcənin azlığından şikayətləndi. Buna baxmayaraq, ssenarist əmindir ki, əsas ideya, məzmunun keyfiyyətidir: "Filmdə müharibə mövzusu fonunda "öz şəhərini tərketmə" ideyası durur. Baş verən hadisələrdə həmçinin mədəniyyətlərin toqquşması məsələsi də əksini tapıb".

Eşqin Əhmədov bəyənilmədi

"Filmi hələ kino tənqidçilərinin ixtiyarına verməmişik, amma filmi izləyən bəzi adamlar baş rolun ifaçılarından biri - Eşqin Əhmədovun yaratdığı xarakteri bəyənmədilər. Razı deyiləm bu fikirlə. Çünki cəmiyyətdə, ətrafımızda belə xarakterlər varsa, onları kinoya gətirmək də qəbahət deyil. Kinematoqrafiya insan talelərini, münasibətlərini göstərir".

Rejissor təhsildən narazıdır

Filmin rejissoru – "Nova Gorica" Kino Mərkəzinin direktoru Tahir Əliyev düşünür ki, yaxşı film çəkmək üçün əsas təhsildir: "Kino da elm sahəsidir. Peşəkar nəticə əldə etmək üçün təhsili mükəmməlləşdirmək lazımdır. Mən hazırda İstanbul Beykent Universitetində sinema üzrə magistr təhsili alıram. Orda təhsil almağım Türkiyənin bir çox kino adamları ilə tanış olmaq imkanı yaratdı. Orada tanış olduğum gənc, istedadlı operatorlardan biri - Mert Leventi "Tibiliso" filminə dəvət etdim. Hesab edirəm ki, film uğurlu alınıb".

Baş rol ifaçısına niyə Təcili Yardım çağırılıb?

Baş qəhrəmanlardan biri Cəmilə Tağızadə çəkiliş prosesindəki çətinliklərdən, gərginlikdən danışdı: "Əvvəla gürcü şivəsində danışmaq çətin idi. Amma inanıram ki, öhdəsindən gəlmişəm. İkinci, havanın soyuq olması çox çətinliklər yaradırdı. Hətta xəstələndim və "Təcili yardım" çağırmalı oldular".

Tarix
2013.10.14 / 15:17
Müəllif
0
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla