Yuxarı

Tarif Şurası qiymətlərin qalxmasına "yox" dedi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan 2014-cü ildə gömrük tariflərini artırmaq niyyətində deyil.

"Axar.az" Trend in məlumatına əsasən xəbər verir ki, bunu jurnalistlərə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev 2014-cü il dövlət büdcəsində gömrük orqanlarının xətti ilə daxilolmaların artırılması mənbələri haqqında sualı cavablandırarkən deyib.

Onun sözlərinə görə, daxilolmaların artımına ölkəyə idxalın gözlənilən artımı, sərhədyanı ərazilərdə ticarətin daha mədəni formada aparılması və onun gömrük bəyannaməsinə cəlb edilməsi rəvac verir.

A.Əliyev qeyd edib ki, DGK son 10 ay ərzində dövlət büdcəsinə illik 1,38 milyard manat proqnozla 1,134 milyard manat köçürüb. Gələn il üçün daxilolmalar üzrə proqnoz 1,51 milyard manat səviyyəsində müəyyənləşdirilib.

Qeyd edək ki, hazırda Azərbaycanda gömrük tarifləri 1995-ci ildə qəbul edilmiş qanun əsasında tənzimlənir.

Tarix
2013.11.10 / 13:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdam Şahbulaq qalasında...

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla