Yuxarı

Taliban Pakistanı cadugərlikdə ittiham etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"DAWN" qəzeti taliblərə istinadən yazır ki, Pakistan hökumətinə qarşı savaş aparan "Tehriki-Taliban Pakistan" bu ölkənin iqtidarını cadugərlikdə ittiham edib. Taliblər bildirib ki, Pakistan hökuməti caduların yardımı ilə Talibanın keçmiş rəhbəri Həkimullla Məsudu aradan götürməyə çalışıb.

"Təhriki-Taliban-i Pakistan" bildirib ki, noyabrın birində ABŞ pilotsuz təyyarələri tərəfindən öldürülən Məsud ömrünün son günləri bir ərəb mütəxəssisinin yanında "mənəvi şəfa" kursu keçib. Ona qədər isə Məsudda hər hansı xəstəliyin simptomu olmayıb, sadəcə başı ağrıyıb, bədəninin başqa əzalarında da ağrılar olub, ancaq Pakistan hakimiyyətinin cadu əməlləri üzündən halı qəfildən pisləşib.

Səhra komandiri Maulan Fəzlullah "Təhriki-Taliban"ın yeni lideri seçilib, taliblər isə öldürülən Məsudun intiqamını almaq haqda fikirlərini dilə gətiriblər. Taliblər həmçinin elan ediblər ki, bundan sonra hakimiyyətlə sülh danışıqları aparmayacaqlar. Təşkilatın yeni rəhbəri özü də buna qarşı çıxır.

Tarix
2013.11.10 / 15:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla