Yuxarı

Dağıstanda federallarla silahlılar toqquşdu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağıstanın Tabasaran rayonunda federal qüvvələrə silahlı müqavimət göstərən şəxs öldürülüb. Bu barədə Dağıstan hüquq-mühafizə orqanlarından məlumat verilib.

"Axar.az" xəbər verir ki, operativ-istintaq tədbirləri çərçivəsində həyata keçirilən əməliyyat zamanı VAZ-2109 markalı "Jiquli" avtomobili "dayan" əmrinə tabe olmayıb və maşındakı sərnişin (və ya sərnişinlər) Federal Təhlükəsizlik əməkdaşlarına atəş açıb.

"İnterfaks" atışma zamanı silahlılardan birinin qətlə yetirildiyi məlumatını yayıb.

Atəş nəticəsində maşın alışıb. Hüquq-mühafizə orqanlarındakı mənbələrdən maşında daha bir silahlının olduğu barədə mediaya məlumat sızıb. Ehtimal olunur ki, maşın alışarkən o, aradan çıxmağa fürsət tapıb.

Hazırda xüsusi əməliyyatın səhər saatlarına qədər təxirə salınması barədə qərar verilib, yanan maşın isə nəzarətə götürülüb.

Əməliyyatın başlanmasına səbəb isə naməlum cinayətkarların Nəqliyyat Nazirliyinin mühafizəçilərinə etdiyi hücumdur. Xəbər verilir ki, 3 cinayətkar "Jiquli" markalı avtomobili saxlatdıraraq, sürücünün əl-ayağını bağlayıb, arxa oturacağa qoyublar. Daha sonra isə Dağıstanın Tübe Kumtorkalinski rayonuna gəliblər və axşam saatlarında Qafqaz şossesində körpüyə nəzarət edən Nəqliyyat Nazirliyi mühafizəçilərinin konteynerini atəşə tutublar. Atəş zamanı 3 mühafizəçidən biri ağır yaralanıb.

Tarix
2013.11.11 / 01:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

Berlində Əliyevə qarşı erməni aksiyası: Muxtarlı da ordadır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla