Yuxarı

ABŞ-da ilk dəfə Atatürkə heykəl qoyuldu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Vaşinqton səfirliyi və ABŞ-da yaşayan türk-amerikalılar, Atatürkün ölümünün 75-ci ildönümündə, ölkənin cəmiyyət sahəsində sərgilənən ilk Atatürk heykəlinin açılışını edib. Vaşinqtonun ən əhəmiyyətli meydanlarından sayılan "Sheridan Circle"dəki mərasimə 200-ə yaxın adam qatılıb.

ABŞ-da yaşayan türk-amerikalılar, dünən tarixi bir günə şahidlik edib. Təxminən iki il davam edən icazə və hazırlıq dövrünün ardından, ABŞ-dakı Türkiyə səfirliyi və "Amerika Atatürk Cəmiyyəti"nin (AAT) qatqısıyla bu ölkədə ilk dəfə Atatürkə heykəl qoyulub. 200-ə yaxın adamın izlədiyi açılışdan sonra ölümünün 75-ci ildönümündə Atatürk üçün Vaşinqton Türk Səfirliyinin binasında bir anım mərasimi təşkil edilib.

Qeyri-mümkünü bacardıq

Türkiyənin Vaşinqton səfiri Namiq Dan, mərasimdəki çıxışında əhəmiyyətli bir mövzuya toxunaraq, heykəlin qoyulmasında əməyi keçənlərə təşəkkür edib. Ardından AAT-ın başçısı Xüdai Yavalar da kürsüdə qısa bir çıxış edib. "Hürriyət"ə heykəlin qoyulması ilə bağlı danışan Yavalar, bunun ABŞ-a gəldiyi 1958-dən bəri özünün ən böyük arzusu olduğunu söyləyib: "Heykəlin qoyulması üçün rəsmi icazə almaq illərlə vaxt aldı. Bu, həlli haradasa qeyri-mümkün bir iş idi. Amma amerikalıların Atatürk sevgisinin təsiriylə bu icazəni almağı bacardıq",- dedi.

İki metrlik bürünc heykəl

Bütün xərcləri AAT və Yavalar Ailəsi tərəfindən tərəfindən qarşılanan 208 sm.-lik bürünc heykəl üçün il yarım əvvəl bir yarışma təşkil etdiklərini söyləyən Yavalar, ölkənin məşhur heykəltaraşlarından Jeffri Hellin əsərinin seçildiyini söyləyib. Hell isə əsəriylə əlaqədar "Hürriyət"ə heykəlin 6 aylıq bir işin nəticəsi olduğunu deyib: "Uzun müddət Atatürkün o dövrki fotoşəkillərini araşdırdıq. Sonunda hər kəsin ən çox bildiyi, 40 yaşının sonunda çəkilən şəkilinin üzərində işləməyə qərar verdik. Heykəldə müəllimə xas olan şəkildə, Atatürk əlində bir kitab tutub. Digər əliylə də bir mövzu izah edir. Heykəl bütünlüklə Atatürkün lider rolunu əks etdirir".

Tarix
2013.11.11 / 09:50
Müəllif
Natiq Azəri
Şərhlər
Digər xəbərlər

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla