Yuxarı

Azərbaycan İsraillə üz-üzə

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah dünya çempionatının seçmə mərhələsi çərçivəsində milli komandamız səfərdə İsrail yığması ilə qarşılaşacaq. Qarşılaşma ərəfəsində vaxtilə millimizi çalışdırmış bəzi təcrübəli mütəxəssislərin fikrini öyrəndik.

Təcrübəli mütəxəssis Ağasəlim Mircavadovun fikrincə, Ş.İrlandiyanın Rusiya üzərindəki qalibiyyəti sabahkı oyunda millimizin işini çətinə salıb: "Millinin işi sabah çətin olacaq. İsrail bizim üçün asan rəqib deyil, üstəlik də səfərdə oynayırıq. Bundan başqa irlandların Rusiya üzərində qələbəsi İsrailə qrupda ikincilik üçün mübarizə aparmaq şansı yaratdı. Ona görə də rəqib bizə qarşı oyunda qalibiyyətə köklənəcək".

Mircavadov həm də millidən yaxşı futbol gözlədiyini bildirdi: "Nəticəni tam olaraq deyə bilmərəm, hər şey ola bilər, millidən yaxşı futbol gözləyirəm. Ən əsası da çalışmalıyıq ki, rəqib bizi qapımıza tərəf sıxmasın. Oyun mərkəzdə getsə, bu bizim üçün yaxşı olar".

Millimizin keçmiş çalışdırıcısı Şahin Diniyev də millimizi ağır oyun gözlədiyi qənaitindədir: "Hesabı əvvəlcədən proqnozlaşdırmaq olmaz, amma səfərdə oynayırıq, üstəlik, rəqib də bizdən daha güclüdür. Buna baxmayaraq, bu futboldu və oyun başlayanda hər iki komanda eyni statusda olur".

Diniyev açıqlamasında daha bir maraqlı nüansa toxundu: "Ümumiyyətlə, bizim İsrail futboluna qarşı bir sindromumuz var. Bunun səbəbi də rəqibin heyətində fərdi oyun üslübuna üstünlük verən futbolçuların olmasıdır. İsrail İspaniya tərzində oynayır, bu da bizim futbolçulara çətinlik yaradır. Biz daha çox skandinav ölkələrinə qarşı uğurlu çıxış edirik. Həm də elə rəqiblərdən hər cür təhlükəni gözləmək olur, çünki onların texniki, taktiki savadı üstündür".

Tarix
2013.09.06 / 15:00
Müəllif
İlqar Vəliyev
Şərhlər
Digər xəbərlər

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla