Yuxarı

Füzuli Ələkbərov: “Biznesimə qayıdıram”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Vəzifəmdən azad edilməyim mənə qətiyyən pis təsir etmədi. Çünki nazir vəzifəsinə biznesdən gəlmişdim və indi də biznesimə qayıdıram. Belə deyək: bir kabinetdən digərinə keçmişəm".

Bu sözləri bir neçə gün öncə dövlət məmurlarından birinin yaxınının yas məclisində iştirak edən keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərov məmurlarla söhbəti zamanı deyib. Eks-nazir vəzifəsindən uzaqlaşdırılmasından təssüflənmədiyini və bundan sonra da Prezident İlham Əliyevin siyasi xəttini dəstəkləyəcəyini bildirib: "Prezident harada məsləhət biləcəksə, orada da olacam".

Qeyd edək ki, Prezident İlham Əliyevin oktyabrın 22-də verdiyi sərəncama əsasən, Füzuli Ələkbərov tutduğu vəzifədən azad edilib. Prezidentin digər sərəncamı ilə Səlim Müslümov Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin edilib ("Avropa.info").

Tarix
2013.11.13 / 11:56
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

Tokayevin İrəvanda Bakıya qarşı təhlükəli gedişi

Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla