Yuxarı

Qənirə Paşayeva tələbələrin dərdindən danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Qənirə paşayeva parlamentin 2014-cü ilin büdcə müzakirələrinə həsr olunmuş bugünkü iclasında yataqxana problemindən danışıb.

"Axar.az"ın verdiyi məlumata görə, millət vəkili çıxışında qeyd edib ki, 1-ci qrup əlillərin sayı Azərbaycanda bir o qədər də çox deyil və bu baxımdan, valideynləri 1-ci qrup əlil olan tələbələrin ali və orta ixtisas məktəblərinə ödənişli əsaslarla qəbulunda güzəştlər tətbiq edilməlidir:

"Bir müddət öncə parlament tərəfindən hər iki valideynini itirmiş tələbələrin ali və orta ixtisas məktəblərinə ödənişli əsaslarla qəbulu məsələsində humanist addım atıldı, onlar ödəniş haqqı ödəməkdən azad edildilər. Bu, cəmiyyət tərəfindən də böyük rəğbətlə qarşılandı. Ona görə də yaxşı olardı ki, valideynləri və ya özləri 1-ci qrup tələbələr də ödənişlərdən azad edilsinlər".

Millət vəkili eyni zamanda tələbələrin hələ də yataqxana problemi məsələsinin açıq qaldığını qeyd edib:

"Məlum səbəblərdən yataqxanaların çoxunda qaçqın və məcburi köçkünlər məskunlaşıblar. İndi dövlətimizin maliyyə imkanları xeyli dərəcədə yaxşılaşıb və bu baxımdan yataqxanaların yenidən tələbələrin istifadəsinə verilməsi önəmli məsələrərdəndir. Tələbələrin böyük əksəriyyəti bahalı qiymətə başa gələn evlərdə kirayələməli olurlar. Xüsusən də imkansız təbəqədən olan tələbələr kirayə haqqı ödəməkdə əziyyət çəkirlər. Ona görə çox yaxşı olardı ki, növbəti ilin büdcəsində tələbələrin yataqxanalarla təmin olunması, yeni tələbə yataqxanalarının tikilib istifadəyə verilməsi məsələsi mütləq əksini tapsın".

Tarix
2013.11.13 / 13:37
Müəllif
Hüseyn
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdam Şahbulaq qalasında...

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla